Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3047/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X4 iclas katibliyi, şikayətçi – X3 iştirakı ilə, X3 İV Tağım Yol patrul xidmətinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 İV Tağım Yol patrul xidmətinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X5 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, 19 iyun 2025-ci il tarixdə, saat 23:05 radələrində idarə etdiyi Ford Transit 350 LWB markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı İsmayıllı yolunun 33 km hərəkət edərkən Mersedes Benz markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında hərəkətdə olarkən soldan sağa dönmüş və idarə etdiyi avtomaşını vurmuşdur. Hadisə yerinə yol polis əməkdaşları gəlmiş və Mersedes Benz markalı avtomaşının sürücüsünün yol hərəkəti qaydasının pozduğunu qeyd etmişdir. Hadisə yerində Mersedes Benz markalı avtomaşının sürücüsü boynuna aldı ki, yol hərəkəti qaydasını o pozub. Lakin sonradan məlum oldu ki, barəsində qanunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəddəsinin 327.2-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. O, həmin qanunda nəzərdə tutulmuş xətanı törətməmişdir. X9 markalı avtomaşının sürücüsü yol hərəkətləri qaydasını pozaraq avtoavariya törətmişdir. Yol polis əməkdaşları Mersedes Benz markalı avtomobilin sürücüsü ilə əlbir olaraq dəymiş ziyanı ödəməsin deyə onu inzibati məsuliyyətə cəlb etmişlər. Qeyd olunanlara əsaslanaraq 19 iyun 2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə, saat 23:05-də idarə etdiyi **-UA-*** dövlət qeydiyyat nişanlı “FORD TRANSİT 350 LWB” yük markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş materiala məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, yol iki hissədən ibarətdir, yol 1.1. üfqi xətlə uzunnamasına ayrılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 15-ci hissəsinə əsasən hərəkət zolağı – yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 40cı hissəsinə əsasən üstünlük – nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin X hissəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin İ hissəsinə əsasən normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin Vİ hissəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin İ bəndinin 2-ci hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsinin onu ötməyə başlamadığından, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermədiyindən əmin olmalıdır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. X2 idarə etdiyi “FORD TRANSİT 350 LWB” yük markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə Muğanlı-İsmayıllı yolunun 33-cü kilometrliyində ötmə və ya manevr etmə qaydalarını pozmuş, nəticədə qəza baş vermişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X5 xx.xx.2025-ci il tarixdə Muğanlı-İsmayıllı yolunun 33-cü kilometrliyində ötmə və ya manevr etmə qaydalarını pozmuş, nəticədə qəza baş vermişdir. Belə ki, X5 onunla eyni zolaqda ondan qabaqda hərəkət edən nəqliyyat vasitəsinin sola dönmək üçün siqnal verməsinə məhəl qoymayaraq və həmin nəqliyyat vasitəsinin sola dönməsini gözləmədən ötmə əməliyyatı etməyə çalışmışdır. Bu səbəbdən X5 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi iş materiallarında olan fotoşəkillər, hadisə yerinin sxemi, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 İV Tağım Yol patrul xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3047/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3047/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver