Məhkəmə qərarları › İş №3(007)-3048/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3048/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3048/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, 20 aprel 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-si tərəfindən qəbul edilmiş 06.09.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə daxil olmuş sənədlərlə birlikdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 04.09.2021-ci il tarixli EXP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xüsusi karantin rejim qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin rəisi X2 tərəfindən qəbul edilmiş 06.09.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. X1 şikayət verərək, barəsində Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin rəisi X2 tərəfindən qəbul edilmiş 06.09.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, 04 sentyabr 2021-ci il tarixdə saat təxminən 20 radələrində ünvan 2 ünvanda yeləşən “41 Karaoke” klubunda olarkən, saat 22 radələrində Səbail rayon 39-cu polis bölməsinin əməkdaşları kuluba gələrək karantin qaydalarını yoxlamış və yoxlama zamanı polis əməkdaşlarına 30.08.2021-ci il tarixdə birinci doza vaksinasiya edildiyini bildirərək bu barədə sənəd təqdim etmişdir. Polis əməkdaşları onun sənədini yoxlamış və ona aid məlumatları qeyd etmişlər. 24 oktyabr 2021-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi ona məlum olmuşdur. 04.09.2021ci il tarixli EXP № ******* saylı inzibati xəta haqqında protokol ona məlumat verilmədən və onun iştirakı olmadan tərtib edilmiş və həmin protokolda öz qeydlərini edə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 inzibati işə onun yaşadığı yer üzrə baxılması haqqında vəsatət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə iclasında X5 şikayətin dəlillərinə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana bildiriş göndərilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati işə inzibati orqanın iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə daxil olmuş şikayəti iş materialları ilə əlaqəli yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, X3 barəsində qəbul edilmiş 06.09.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işə əlavə olunmuş Peyvənd Sertifikatının surətindən görünür ki, X5 30.08.2021-ci il tarixdə birinci doza üzrə vaksinasiya olunmuşdur. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının 2.5-5.3-cü bəndində qeyd olunmuşdur ki, 2021-ci il 1 sentyabr tarixindən etibarən: yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə bilərlər: 1. ictimai iaşə müəssisələrində; 2. mehmanxanalarda; 3. iri ticarət mərkəzlərində.”. Belə olan halda, məhkəmə X3 əməlində inzibati xəta tərkibinin olmadığını nəzərə alır. ASzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əssən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi omadığından barəsində Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin rəisi X2 tərəfindən qəbul edilmiş 06.09.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X3 şikayəti təmin edilsin. Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin rəisi X2 tərəfindən X3 barəsində qəbul edilmiş 06.09.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar