Məhkəmə qərarları › İş №3(007)-3059/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3059/2022

29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3059/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMM-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMM tərəfindən **********2005 sorğu nömrəli xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş 5 ədəd “hidravlik vertikal preslər: paletlərdə kisələri presləmək üçün mühərrik (motor) 7.5 kw” yükündən 1 ədədi müvəqqəti idxal müddəti başa çatanadək, yəni xx.xx.2019-cu il tarixdə malların təkrar ixrac olunması ücün Bakı Baş Gömrük İdarəsinə **********5769 sorğu nömrəli gömrük bəyannaməsinin verildiyi, həmin hidravlik vertikal preslər: paletlərdə kisələri presləmək ücün mühərrik(motor) 7.5 kw" yükündən 4 ədədinin "X2 və Ticarət LTD" MMM tərəfindən **********2005 sorğu nömrəli xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara dair MMM tərəfindən müvəqqəti idxal müddəti başa çatanadək, yəni xx.xx.2022-ci il tarixdə malların sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi üçün Bakı Baş Gömrük İdarəsinə **********9876 sorğu nömrəli gömrük bəyannaməsinin verildiyi halda, həmin bəyannamələr üzrə gömrük rəsmiləşdirilməsinin hansı səbəbdən basa çatdırılmadığı, həmçinin, **********2005 sorğu nömrəli xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara görə yaranmış dəbbə pulu borcunun Şəxs MMM tərəfindən ödənilib-ödənilmədiyi barədə Təhqiqat şöbəsinə məlumat verilməsi ücün 34/013/028711 nömrəli xx.xx.2022-ci il tarixli raportla Xüsusi Gömrük Prosedurları şöbəsinə müraciət olunmuş, daxil olmuş 34/012/028859 nömrəli xx.xx.2022-ci il tarixli raporta əsasən Şəxs MMM tərəfindən **********2005 sordu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara təkrar ixrac üçün tərtib edilmiş **********5769 və sərbəst dövriyyə buraxılış üçün tərtib edilmiş **********9876 sorğu nömrəli gömrük bəyannamələrinin rəsmiləşdirilməməsi müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmiş mallara görə yaranmış dəbbə pulu borcunun ödənilməməsi səbəbindən bəyannamənin rəsmiləşdirilməsinin başa çatdırılmadığı, xx.xx.2022-cı il tarixdə yaranmış bütün dəbbə pulu borcunun Şəxs MMM tərəfindən ödənildiyi və hazırda qeyd edilən gömrük bəyannaməsinin rəsmiləşdirmə prosesində olduğu müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Buna görə də, “X2 və Ticarət LTD» MMM barəsində 02 dekabr 2022-ci il tarixli 00100-2606/22 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və Şəxs MMM-nə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMM-in nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMM-in əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMM-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMM-nə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar