Məhkəmə qərarları › İş №3(007)-3061/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3061/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3061/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Zərərçəkmiş şəxs onun nümayəndəsi, vəkili Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili – “Alyans” Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC-nin satış meneceri Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus aptekin daxilində hündürlükdən malların götürülməsi üçün təsadüfi ayaqaltının istifadə olunmasına yol verildiyinə görə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydalarf’nın 5.48 bəndinin tələblərinin pozulması nəticəsində xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə məxsus aptekdə əmək müqaviləsi üzrə məsləhətçi işləyən Zərərçəkmiş şəxs yıxılması nəticəsində sonuncu sağ diz oynağının hərəkət məhdudluğu və qançırlarla müşayiət edilən şişkinlik halında əzilməsi xəsarətini almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən 30 iyun 2025-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili – “Alyans” Vəkil bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermiş, hadisənin baş verməsindən 4 aydan artıq müddət keçmişdir. Bununla da, inzibati məsuliyyətə cəlb edilmə müddəti keçmişdir. Həmçinin baş verməsi ehtimal olunan hadisənin baş verdiyi aptekin müdiri Şəxs yox, başqası olmuşdur. Üstəlik bədbəxt hadisənin iş yerində baş verməsini sübut edən mötəbər dəlillər yoxdur. Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı izahatında da həmin xəsaəti iş yerində alması ilə bağlı hər hansı məlumat verməmişdir. Həmçinin zərərçəkmiş şəxs hadisə baş verdikdən sonra 20 gün davamlı olaraq işə çıxmışdır. Hadisə ilə bağlı yalnız işdən çıxdıqdan sonra müvafiq orqanlara məlumat vermişdir. Bütün bunları nəzərə alaraq, barəsində icraat aparılan şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi.. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, o, iş yerində yıxılmış, ağır xəsarət almış,həmin vaxt aptekin müdiri Şəhriyar bəyə də bununla bağlı məlumat vermiş, daha sonra blütenə çıxmışdır. Şəxs da bundan məlumatı olmuşdur. Blüten pulu alması ilə əlaqədar DSMF-yə müraciət etmiş, orada hadisə ilə bağlı məlumat verməsi bildirilmiş, o da iş yerində xəsarət aldığını bildirərək xəsarətlə bağlı sənədləri təqdim etmişdir. Lakin Şəxs ona bildirmişdir ki, əgər xəsarətin iş yerində almasını bildirsə, onda ona xəstəlik pulu verilməyəcək. Bu səbəbdən o cür ifadə vermişdir. Bədbəxt hadisə nəticəsində o, ağır xəsarət almışdır. Bu səbəbdən ekspert rəyi və protokolla razı deyil, yenidən ekspertiza keçirilməsini və aldığın xəsarətin dərəcəsinin düzgün müəyyən edilməsini istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin vəkili Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Nümayəndə bildirdi ki, iş üzrə ilkin və təkrar tibbi ekspertiza keçirilmiş, lakin ekspert rəylərində xəsarətlərin növləri göstərilməmişdir. Həmçinin ekspert rəylərində olan xəsarətlərə nəzər yetirdikdə həmin xəsarətlərin yüngül xəsarətlər olmadığını müəyyən etmək mümkün olur. Həmçinin ekspertiza rəyində zərərçəkmiş şəxsin hərəkətinin məhdudluğunun və əmək qabiliyyətini itirməsinin dərəcəsi müəyyən edilməmişdir. Bütün bunlar ekspert rəyinin mötəbərliyini və əsaslılığını şübhə altına qoymuş olur. Bu səbəblərdən inzibati materialın tam araşdırılması, təkrar komisyon tibbi ekspertizanın keçirilməsi üçün inzibati xəta haqqında materialın geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, inzibati xətanın törədilməsi haqqında materiala məhkəmə iclası zamanı baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün əsaslar inzibati orqan tərərfindən kifayət qədər araşdırılmamış, material natamam şəkildə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olmuş zərərçəkmiş şəxsə dəymiş xəsarətin dərəcəsinin müəyyən edilməsi barədə ekspert rəylərinin mötəbərliyi şübhə yaratmış, zərərçəkmiş şəxs və nümayəndəsi ekspert rəyləri ilə razılaşmayaraq onları mübahisələndirmiş, təkrar komisyon ekspertizanın keçirilməsini tələb etmişlər. Buna görə də, məhkəmə hesab edir ki, göstərilən halların araşdırılması, təkrar komisyon ekspertizanın keçirilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Nizami rayon prokurorluğuna geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair toplanmış inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Nizami rayon prokurorluöuna geri qaytarılsın. Zərərçəkmiş şəxs 02 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müvafiq hesablaşma hesabı üzərindən 22 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar