Məhkəmə qərarları › İş №3(007)-3062/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3062/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3062/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, xx xxxxx 1984-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan, X2, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X1 tərəfindən qəbul edilmiş 13 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, X3 məxsus avtomobilə ziyan vurulmasına dair HK-1-1671 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 24 sentyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 24 may 2021-ci il tarixdə saat 12 radələrində, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 57 ünvanda “Ramal” ticarət mərkəzinin qarşısında X3 məxsus “Nissan Sany” markalı avtomobilə 1200 manat dəyərində ziyan vurmuş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli araşdıraraq qeyd edir ki, R.R.Abıyevin inzibati xətanın törədilməsində təqsiri inzibati iş üzrə toplanmış sübutlarla tam təsdiq edilmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibati işə əlavə olunmuş 10 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X3 məxsus “Nissan Sany” markalı ** AB *** dövlət nömrə nişanlı avtomobilə 1200 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə, R.R.Abıyevin barəsində inzibati tənbeh tətbiq edərkən, törədilmiş xətanın xarakterini, onun şəxsiyyətini, təqsirlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə R.R.Abıyevin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, R.R.Abıyevə törətdiyi inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində cərimə təyin edilməldir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 1200 (min iki yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar