Məhkəmə qərarları › İş №3(007)-3062/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3062/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3062/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1994-cü ildə Ucar rayonu, Qarabörk kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ali təhsilli, 88 saylı orta məktəbdə kargüzar işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs, xx.xx.2025-ci il tarixdə saat təxminən 12:20 radələrində Şəxs idarə etdiyi Chevrolet markalı dövlət qeydiyyat nişanı **-DN-*** olan avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Ə.Vəliyev küçəsinin kəsişməsində azyaşlı X5 vurmuş, sonuncu xəsarət alaraq X9 müraciət etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində azyaşlı X2 ayağın əzilməsi və sıyrılmış yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı alınmaları mükündür və dərəcələrinə görə ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirilmişdir. Bakı şəhər Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Niftəliyev Mehracın cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmiş və tərəflərə vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Bakı şəhər Nizami Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşı polis baş leytenantı X7 tərəfindən YNH təhqiqat materialı 3299 əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş xətanı törətməsinə görə xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 12:15 radələrində o, etibarnamə ilə idarə etdiyini Chevrolet markalı dövlət qeydiyyat nişanı **-DN-*** olan avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Ə.Vəliyev küçəsi istiqamətində təxminən 30-40 km/saat sürətlə hərəkətdə olan zaman Q.Qarayev prospekti ilə Ə.Vəliyev küçəsinin kəsişməsində olan işıqforun qırmızı işığının yanmasını görmədiyi üçün o, hərəkətini davam etdirən zaman Q.Qarayev prospekti ilə Ə.Vəliyev küçəsinin kəsişməsində piyadalar üçün nəzərdə tutulmuş piyada keçidindən bir az yaşlı uşağın qaçaraq yolu sağdan sola keçdiyini görmüş o, dərhal avtomobilin əyləcinə basmış buna baxmayaraq məsafə az olduğundan avtomobilinin qabaq sağ təkəri azyaşlı uşağın ayağına toxunmuş o, dərhal avtomobili saxlayaraq avtomobildən düşərək həmin uşağa yaxınlaşaraq ilkin olaraq uşağa özü tibbi yardım göstərdiyini sonra isə hadisə yerinə polis və TTYS-nin əməkdaşlarının gəldiklərini TTYS-nın əməkdaşlarının həmin uşağa ilkin yardım göstərdiklərini polis əməkdaşlarının isə hadisəni rəsmiləşdirdiklərini bildirmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İbtidai araşdırma zamanı zərərçəkmiş X3 qanuni nümayəndəsi, atası Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat təxminən 12:15 radələrində azyaşlı 2016-cı il təvəllüdlü övladı X8 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Ə.Vəliyev küçəsinin kəsişməsində olan piyadalar üçün nəzərdə tutulmuş piyada keçidindən yolu keçmək istəyən zaman Q.Qarayev prospekti ilə Özbəkistan küçəsi istiqamətində hərəkətdə olan Chevrolet markalı dövlət qeydiyyat nişanı **-DN-*** olan avtomobil azyaşlı övladının ayaq nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Ona məlumat verən zaman o, dərhal hadisə baş verən yerə getdiyini hadisə yerində polis əməkdaşları və TTYS-nın əməkdaşlarının olduqlarını təcili tibbi yardım stansiyasının əməkdaşlarının azyaşlı övladına ilkin tibbi yardım göstərərək X9 apardıqlarnı həmin xəstəxanada həkimlərin azyaşlı övladı olan Turanı müayinə etdiklərini sol ayağında əzik və yara olduğu üçün oğlunun ayağına xəstəxanada həkimlər gips langeti qoyaraq evə buraxdıqlarnı bildirmişdir. Hal-hazırda o Şəxs ilə barışmış və Şəxs qarşı hüç bir şikayəti və tələbinin olmaması barədə ərizəni məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş sxemdən görünür ki, yolnəqliyyat hadisəsi 3 hərəkət zolağı, örtüyünün eni 12 metr, hərəkət hissəsinin eni isə 12 metrdir olan birtərəfli Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Ə.Vəliyev küçəsi kəsişməsinin işıqforda olan piyada keçidində baş vermişdir. “Chevrolet” markalı, **- DN-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforda olan piyada keçidində piyadaya toxunmuşdur. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 44TS saylı rəyindən görünür ki, 2016-cı il təvəllüdlü X1 ayağın əzilməsi və sıyrılmış yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, xx.xx.2025-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin şikayətçi olmadığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar