Məhkəmə qərarları › İş №3(007)-3065/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3065/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3065/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon prokurorluğundantərəfindən daxil olmuş inzibati xəta haqqında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon prokuroru X6 tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2024-cü il tarixli Qərar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən X5, X2 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəi törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon prokurorunun müavini Nümayəndə çıxış edərək bildirdi ki, qeyd olunan şəxslərlə əmək müqaviləsi bağlanmadan, müvafiq işlərin görülməsinə cəlb edilməsi faktı cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2024 -cü il tarixli qərar əsasında müəyyən edilmişdir. Belə ki, həmin qərara əsasən xx.xx.2024-cü il tarixdə Səbail rayonu, X13 9 ünvanında yerləşən “My Music” otelində X8, X10, X7 , X1 içki qəbul etdikdən sonra Orxan Əmirov və Kənan Mustafayevin qeyd olunan oteldə ölmələri, digər iki şəxsin isə zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında araşdırma aparlırkən Şəxs MMC tərəfindən X5 və X2 ilə əmək müqaviləsi olmadan ofisiant və menecer kimi işə cəlb olunmaları faktı müəyyən edilmişdir. Qeyd olunanların nəzərə alınaraq huquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Vəkil çıxış edərək bildridi ki, qeyd olunan işçilərlə əmək müqaviləsi mövcud olmuş, sadəcə sistemdə problem yarandığı üçün əmək müqaviləsi barədə bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elekton imza ilə dərhal daxil etmək mümkün olmamış, bir neçə gün sonra bildiriş imzalanmışdır. Qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verilmiş suallara cavab olaraq bildirdi ki, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin noyabr ayınadək Şəxs MMC-də fəaliyyət göstərmiş, işlədiyi müddətdə onunla əmək müqaviləsi bağlanmışdır. Daha sonra onunla əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2024-cü il tarixdə yenidən işə cəlb olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə tərəfindən verilmiş sorğuya əsasən DƏMX tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən müəyyən edilmişdir ki, X5 ilə əmək müqaviləsi xx.xx.2024cü il tarixdə bağlandığı halda, əmək bildirişi sistemə xx.xx.2024-cü il tarixdə, X2 ilə isə əmək müqaviləsi xx.xx.20241-cü il tarixdə bağlandığı halda, əmək bildirişi sistemə xx.xx.2024-cü il tarixdə imzalanmaqla daxil edilmişdir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsinə dair xx.xx.2024-cü il tarixli qərara əsasən ŞəxsMMC, həmçinin vəzifəli şəxs ŞəxsMMC-nin direktoru Nəsimi Tağıyev barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətaya dair işlər üzrə icraata başlanması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan X5 və X2 tərəfindən verilmiş izahatlarda hüquqi şəxslə işçilər arasında əmək müqaviləsinin mövcud olduğu bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X5 və X2 əmək müqaviləsi olmadan Şəxs MMC-yə məxsus “My Music” hotelində ofisiant və menecer kimi əmək fəaliyyətinə cəlb edilmişdir. Bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. X5 və X2 tərəfindən verilmiş izahatlarda hüquqi şəxslə işçilər arasında əmək müqaviləsinin mövcud olduğu qeyd edilsə də, məhkəmə iclası zamanı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X5 ilə əmək müqaviləsinə dair bildiriş əmək müqaviləsi bağlandıqdan 1 gün sonra, X2 ilə isə 1 ay sonra imzalanmış və EİS-nə daxil edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək bildirişi sistemdə xx.xx.2024-cü il tarixdə baş vermiş zəhərlənmə və ölüm hadisəsindən sonra qeydiyyata alınmışdır. Həmçinin iş üzrə müəyyən edilmişdir ki, Şəxs MMC-nin direktoru X9 DƏMX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı xx.xx.2024-cü il tarixli qərara əsasən İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. İXM-nin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.2-ci əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1.), hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2.), hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3.), bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4) tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar