Məhkəmə qərarları › İş №3(007)-3066/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3066/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3066/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X6 iclas katibliyi ilə, Şikayətçi – X7 iştirakı ilə, inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan şikayət verərək, tərtib olunmuş inzibati xəta haqqında protokolun və həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Puşkin küçəsi ilə Nizami küçəsinin kəsişməsində “Giriş qadağandır" yol nişanın tələbinin pozulması ilə bağlı barəmdə AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərar kağız formada 06.2024-cü il tarixdə təqdim edilmişdir. Aşağıdakılara görə hesab edir ki, barəsində çıxarılmış inzibati tənbeh edilməsinə dair elektron qərar ləğv edilməlidir. AR İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat apardan fiziki şax sa va ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına hu Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir va bu barAdA protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə numayəndəsinə inzibati xəta haqqında protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqımla iş üzr o icraat aparılan fiziki şəxs va ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır, barəsində inzibati xata haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəfa haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. AR İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5, 320.1. 320.2,

330. 330.1-1. 346. 346-1.1. 346-1.5. 353.2 və 469.3 cu maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə otundur, inzibati xətam törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində. "Elektron imza və elektron sənəd haqqında' Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar yıxar dir və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti (faydaları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında is üzrə icraat apardan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən isə barəsində inzibati xəta haqqında iş üzrə icraat apardan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda. səlahiyyətli vəzifəli şəxs inzibat< xəta haqqında protokol tərtib edir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi inzibati xəta hadisəsi foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməkliyi və səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşkar oluna hilər. Lakin hər hansı inzibati xəta hadisəsi törətmədiyi halda barəsində iştirakı olmadan protokol və qərar qəbul edilmişdir. Qeyd etmişdir ki, Bakı şəhər BPİ DYPİ tərəfindən İXM-nin tələblərinə əməl edilməmiş hüqııq və vəzifələri izah edilmədən kobud şəkildə pozulmuşdur. Bundan əlavə inzibati xəta hadisənin baş verməsini təsdiq edən hər hansı sübut (foto və ya videogörüntii) mövcud deyil. Bildiyiniz kimi İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Eyni Məcəllənin 130.1-ci maddəsinə əsasən hu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hadar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.4-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi (faydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə hilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibat xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1351.1. 135.1.2 və 135 1.5- 1-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən but un faktiki halların araşdırıl maması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda: inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanılmaz bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 53.2-ci maddəsinə əsasən hər lıansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında islər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyi sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda sadaladığı hüquq normalarından və işin faktiki hallarından görünür ki, inzibati xəta törədilməsinə aidiyyətinin olması və ya təqsirliliyi ilə bağlı hər hansı sübutlar mövcud olmadığından barəsində tərtib edilmiş qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X3 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* qərar əsassızdır. Belə ki, qeyd olunan xətanı o törətməmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X1, Nizami küçəsi ünvanında 99VV044 dövlət qeydiyyat nişanlı, HYUNDAİ SONATA MİNİK minik markalı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 80 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş videomaterialdan görünür ki, X9 idarə etdiyi 99VV044 dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA” minik markalı nəqliyyat vasitəsi ilə Puşkin küçəsində “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq hərəkətini davam etdirmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə elektron qərar və əlavə edilmiş xüsusi texniki vasitə ilə çəkilmiş fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X2 nümayəndəsi X8 Azərbaycan Respublikası DİN Baş Dövlət Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar