Məhkəmə qərarları › İş №3(007)-3073/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3073/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3073/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, protokol tərtib etmiş Nizami rayon DYPŞ YPX inspektoru, polis baş serjantı Asifbəy Bayramovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Tovuz rayonu, Hunanlar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 343.1-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami RPİ DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-ci il tarixdə saat 02:43 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsində “Toyota Prius” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etməyə görə saxlanılmış, saxlanılarkən yoxlama zamanı sürücünün sərxoş olub-olmadığını müəyyən etmək üçün tibbi müayinədən keçmək təklif edilmiş, lakin o, tibbi müayinədən keçməkdən imtina etmişdir. Bununla da o, İXM-in 329.1 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024 tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, DYP əməkdaşı onu saxlayaraq sükan arxasında olsa da, nəqliyyat vasitəsini idarə etməmiş, ayıq sürücü çağırmaq məqsədilə nəqliyyat vasitəsinə əyləşmiş, bu zaman polis əməkdaşı ona yaxınlaşaraq sərxoşluq vəziyyətini müəyyən etmək üçün müayinədən keçməyi tələb etmiş, o da nəqliyyat vasitəsini idarə etmədiyini, sadəcə ayıq sürücü gözlədiyini bildirmişdir. Onunla polis əməkdaşı arasında mübahisə yaranmış, o da müayinədən imtina etmişdir. Verilmiş suallara cavab olaraq b ir daha qeyd etmişdir ki, həmin gün içkili olsa da, qətiyyən nəqliyyat vasitəsini idarə etməmiş, sadəcə ayıq sürücünü gözləyən zaman polis əməkdaşları ona yaxınlaşmışdır. Protokol tərtib etmiş Nizami rayon DYPŞ YPX inspektoru polis baş serjantı Bayramov Asifbəy məhkəmə iclasında çıxış edərək bildirdi ki, sürücü Şəxs xx.xx.2024-ci il tarixdə saat 02:43 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsində təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyinə görə saxlanılmış, ondan kəskin spirt qoxusu gəldiyi üçün müayinədən keçməsi tələb olunduqda, vətəndaş bundan imtina etmiş, o və yanındakı digər sərnişin polis əməkdaşları ilə mübahisə etmiş, nəticədə nəqliyyat vasitəsi duracağa yerləşdirilməklə barəsində İXM-nin 329.1 və 343.1-ci maddəsiilə protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. İXM-in 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi inzibati xəta kimi müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-ci il tarixli, 2/1126 saylı akt qeyd edilmişdir ki, tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə iclası zamanı məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş videomateriala məhkəmə iclası zamanı baxış keçirərkən Şəxs məhz nəqliyyat vasitəsini sükan arxasında əyləşərək idarə edərkən polis əməkdaşı tərəfindən saxlanılması müəyyən edilmişdir. Həmçinin Şəxs onun X2 tərəfindən deyil, başqa polis əməkdaşı tərəfindən Təlimata uyğun olmayan qaydada saxlanılması barədə verdiyi ifadənin düzgün olmaması məhkəmə iclası zamanı müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair akt, iş materiallarına əlavə edilmiş videomaterial ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 329.1-ci maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-nin 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİ: Rzayev X3 Xətalar Məcəlləsinin 343.1-cü maddələri ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay (altı ay) müddətinə məhdudlaşdırılsın. Şəxs İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami RPİ DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar