Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3077/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1995-ci ildə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi 53 saylı evin 65 saylı mənzilində yaşayan, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Zərərçəkmiş şəxs, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən “xırdavat əşyalarının satış mağazasında olarkən üzərinə qoyduğu “Samsung J7” markalı, mobil telefonu naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Qeyd olunan faktla bağlı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırılma aparılmış və xx xxxxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və hadisəni törətmiş Şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bu hərəkətinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən “xırdavat əşyalarının satış mağazasında olarkən üzərinə qoyduğu “Samsung J7” markalı, mobil telefonu naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Buna görə də o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi bağışlamadığını bildirdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X2 məhkəmə iclasında bildirdi ki, Zərərçəkmiş şəxs, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən “xırdavat əşyalarının satış mağazasında olarkən üzərinə qoyduğu “Samsung J7” markalı, mobil telefonu naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Buna görə o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il, saat 16:30dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il, saat 16:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-3077/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3077/2020
30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver