Məhkəmə qərarları › İş №3(007)-308/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-308/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-308/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan inzibati materialı nəzərdən keçirdim. Protokolun əsaslandırıldığı hallar:

1. 09 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən, Şəxs 09 yanvar 2025-ci il tarixdə C.ünvan 1 ünvanında saxlanılaraq şöbəyə gətirilmiş, üzərinə baxış zamanı əynindəki gödəkçənin yan cibindən bir büküm 0.042 qram metamfetamin aşkar olunmuşdur.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi – həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur.

Məhkəmənin mövqeyi:

3. İnzibati xəta haqqında protokola əlavə olunmuş 09 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında Qərardadda, 09 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda, 09 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarda Şəxs üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan psixotrop maddə metamfetamin aşkar olunması qeyd olunmuşdur.

4. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07 yanvar 2025-ci il tarixli izahatından görünür ki, üzərində olan 2 ədəd bükümü yəni 01 ədəd bükümdə “şüşə” və 01 ədəd bükümdə “kokos” adlı narkotik vasitə olan bükümləri təqdim etmişdi.

5. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2025-ci il tarixli, 6/53 nömrəli rəyindən görünür ki, tədqiqata 2 ədəd büküm təqdim olunub. 01 ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,283 qram olan qəhvəyi rəngli maddə. Hansı ki, rəyə əsasən narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir.

6. Göründüyü kimi Şəxs üzərindən iki büküm çıxsa da Bakı Şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşı bir büküm aşkar olunmasını qeyd etmiş və ümumiyyətlə Şəxs polis əməkdaşına təqdim etdiyi 0,283 qram olan qəhvəyi rəngli maddənin tərkibinin nə olmasını müəyyən etməkdə nə ekspert nə də polis əməkdaşı maraqlı olmamışdır.

7. Ekspert rəydə yalnız 01 ədəd bükümdə təmiz çəkisi 0,283 qram olan qəhvəyi rəngli maddənin narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid olmadığını qeyd etmişdir. Təqdim olunmuş 0,283 qram olan qəhvəyi rəngli maddənin nə olduğunu müəyyən etməmişdir.

8. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş 09 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə geri qaytarılmalıdır.

Nəticə:

9. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır.

10. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə

Qərara aldım:

İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş 09 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar