Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3081/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X2 iclas katibliyi, şikayətçi – X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28146107 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN Baş X11i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28146107 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni mülkiyyətçisiydir. Həmin nəqliyyat vasitəsinin idarə olunması üçün rəsmi qaydada X4 notarial qaydada təsdiq edilmiş etibarnamə vermiş və nəqliyyat vasitəsini hazırda o idarə edir. Cərimələrin daha ona gəlməsini əngəlləmək üçün DYP-nin məsləhət gördüyü üzrə etibarnaməyə xx.xx.2025-ci il tarixində xitam verib yenisi ilə əvəz etmişlər. ** RT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini o idarə etmir, qanuni mülkiyyətçisidir, etibarnamə ilə X6 idarə edir, lakin onun cərimələri balları ilə birlikdə ona gəlir, dəfələrlə adiyyəti üzrə DYP-nə müraciət etmiş, lakin şikayətinə baxılmır. Protokol nömrəsi EQ 28146107 protokolun qərar tarixi xx.xx.2025-dir, həmin gündən bir gün sonra da DYP saytından şikayət yazsa da, bir aya yaxındır ki, nə zəng, nə də məktub gəlməmiş, bundan başqa ona eyni qaydada 3 protokol göndərilmişdir ki, hər birindən həm DYP-nə, həm də məhkəməyə şikayət yazmışdır. xx.xx.2025-ci il tarixində yazılmış protokollarla bağlı X6 ilə birlikdə DYPnə getmiş, məsələni bildirmiş, lakin onlar cəriməni ödəməyi və ya yenidən şikayət etməyi təklif etmiş, “Tağıyev Fərhad da şikayət yazsın, siləcəklər, sizə cərimə gəlməsini istəmirsizsə, etibarnaməni ləğv edib yenidən etibarnamə verin həmin adama, düzələcək” demişlər. Onlar elə də etmiş, həmin günü orda şikayət də yazmış, etibarnaməni də notariusda yeniləmişlər. Avtomobili faktiki olaraq X6 idarə edir və o, özü də bunu etiraf edir, lakin buna baxmayaraq cərimələri onun adından silmirlər. Bütün bunları nəzərə alaraq Baş X11i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28146107 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X6 bildirmişdir ki, “BMW 520” minik markalı, **-RT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi faktiki olaraq onun sahibliyindədir, nəqliyyat vasitəsini o idarə edir, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Koroğlu MTS piramida ünvanında qayda pozuntusu törədilərkən də nəqliyyat vasitəsinin sürücüsü o olmuşdur. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X11i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28146107 saylı qərara əsasən “BMW 520” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 xx.xx.2025-ci il tarixdə, saat 22:36-da Bakı şəhəri, Nizami rayonu, Koroğlu MTS piramida ünvanında Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri 50 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2025-ci il tarixli, 7E-3419 reyestr nömrəli etibarnamədən görünür ki, “BMW 520” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 tərəfindən X4 nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2026-cı il tarixədək etibarnamə verilmişdir. Həmin etibarnamə hal-hazırda da qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə iclası zamanı müəyyən edildi ki, X5 “BMW 520” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında sürmək üçün X4 vermiş, xx.xx.2025-ci il tarixdə, saat 22:36-da Bakı şəhəri, Nizami rayonu, Koroğlu MTS piramida ünvanında qayda pozuntusu törədilərkən nəqliyyat vasitəsinin sürücüsü faktiki olaraq X6 olmuş, X3 həmin inzibati xətanın törədilməsinə heç bir aidiyyəti olmamışdır. Buna baxmayaraq Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə nəzərdə tutulan əməli törətməsi ilə bağlı X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən X3 inzibati xətanın törədilməsinə aidiyyəti olmadığıdan mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində İXM-in 346.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Baş X11i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28146107 saylı qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3081/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3081/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver