Məhkəmə qərarları › İş №3(007)-3083/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3083/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3083/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, X3 oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 511.1.3-cü maddəsi ilə tərtib olunmuş İXP ******* saylı inzibati protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə X3 tərəfindən daxil olmuş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək, İnzibati Xətalar Məcəlləsinin 327.1 və 511.1.3-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında iş materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olmuşdur. Ona görə ki, məhkəməyə təqdim edilmiş materiallarda inzibati tənbehin tətbiq edilməsi barədə qərar mövcud olmamışdır. Beləliklə material natamam olduğundan baxılmadan geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati protokola əsasən X1 Xətalar Məcəlləsinin 327.1 və 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərardadda göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra məhkəməyə şikayət verilə bilər. Qərardaddan şikayət və ya prosest verilə bilməz. Hakim: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar