Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3083/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən – Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu X1 tərəfindən verilmiş «etiraz ərizəsi»nə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər X3 xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. X1 həmin qərarın ləğvi ilə bağlı «etiraz ərizəsi» ilə məhkəməyə müraciət edib. Ərizədə Bakı şəhər X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş İXP ******* saylı qərardan etiraz kimi qeyd olunub. «Etiraz ərizəsi»ni nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinin tələblərinə görə «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Beləliklə, «Etiraz ərizəsi»ndə göstərilən məsələnin (qərarın ləğvi və s.) həlli ilə bağlı məhkəməyə iddia ərizəsi ilə deyil şikayətlə müraciət olunmalıdır. Eyni «Etiraz ərizəsi»ndə göstərilən digər məsələlər isə inzibati xəta haqqında iş üzrə icraat çərçivəsində baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: X1 tərəfindən verilmiş «etiraz ərizəsi» geri qaytarılsın. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3083/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3083/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver