Məhkəmə qərarları › İş №3(007)-3084/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3084/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3084/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Dadaşova Emina Bəhruz qızının katibliyi, qərardan şikayət verən X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X10 İdarəsi tərəfindən tərtib olunmuş, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli X7 iş üzrə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X10 İdarəsi tərəfindən tərtib olunmuş, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsi və X7 iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi həmçinin vəsatətlə müraciət edərək qeyd olunan qərarın ona nə mobil telefon, nə də rəsmi bildirişlə ünvanına göndərilmədiyini, həmin qərarı yalnız xx.xx.2025-ci il tarixdə əlbəəl əldə etdiyini bildirərək, buraxılmış prosessual müddətin bərpasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılmasını üzrlü hesab edərək, hesab edir ki, qərardan şikayət vermə müddətini bərpa edilməlidir. X5 şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2025-ci il tarixində ** NB *** dövlət qeydiyyat nişanlı Toyota Venza markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi ilə hərəkətdə olan zaman, M.Abbasov küçəsində xidmət aparan Bakı şəhər BPİ-nin X10 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, yol patrul xidməti inspektoru sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə yol vermədiyini bildirmiş, o, qayda pozmadığını, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsilə ara məsafəsinin kifayət qədər çox olduğunu və sağ tərəfdən nəqliyyat vasitəsinin isə surətini azaltmadan keçib getdiyini bildirmişdir. Eyni ərazidə 2.4 Yol Ver nişanının olması, onun dayanmadan keçməsini qadağan etmir. Bundan sonra yol polisi inspektoru onun hərəkətinə icazə vermiş, xx.xx.2025-ci il tarixində Bakı şəhər BPİ-nin X10 İdarəsinin inzibati binasında olan zaman, məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixində, onun barəsində inzibati tənbeh vermə haqqında İXP ******* saylı protokol tərtib edilibdir. Bunun əsasında da xx.xx.2025-ci il tarixində barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində 100 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixində Bakı şəhər BPİnin X10 binasında yerləşən 108-ci xidməti otaqda, video görüntülərə baxan zaman məlum olmuşdur ki, həqiqətən də heç bir qayda pozuntusu olmamışdır. Buna görə də, işin araşdırılması üçün xx.xx.2025-ci il tarixində Bakı şəhər BPİ-nin X10 İdarəsinin rəisinə ərizə ilə müraciət edilmişdir. Ancaq bu günə qədər xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol barədə heç bir araşdırma aparılmamış, ərizənin nəticəsi barədə cavab verilməmişdir. Göründüyü kimi, cavabdeh qurum İnzibati İcraat haqqında AR Qanunun tələblərini kobud surətdə pozmuşdur. Bakı şəhər BPİ-nin X10 İdarəsinin Yol Patrul Xidməti İnspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ona rəsmi qaydada nə göndərilmiş, nə də ki AsanPay vasitəsilə məlumat verilmişdir. Göründüyü kimi, barəsində tərtib edilmiş X7 nə protokoldan, nə də ki qərardan xəbəri olmamışdır. Qanunvericiliyin tələbinə əsasən qərarın surətinin iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxs və zərər çəkmiş şəxsə verilməsi nəzərdə tutulsa da, Yol Polisinin vəzifəli şəxsi tərəfindən həmin tələb yerinə yetirilməmişdir. Göründüyü kimi, şikayətçi qayda pozuntusu etmədiyini və protokoldan narazı olduğuna baxmayaraq, şəxs dəvət edilmədən, video görüntü araşdırılman qərar qəbul edilmişdir. Hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, və s) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Beləliklə, iş üzrə müəyyən edilir ki, tənbeh qərarı, barəsində icraat aparılan şəxsin iştirakı təmin edilmədən qəbul edilmişdir. Eyni zamanda, Bakı şəhər BPİ-nin X10 İdarəsinin Ydİ Patrul Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixində saat 18:21-də tərtib edilmiş İXP seriyalı ******* saylı X7 Protokol əsasında dərhal, yəni xx.xx.2025-ci il tarixində, saat 18:21-də TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi ciddi qanun pozuntusudur. Halbuki, inzibati qanunvericiliyin tələblərinə əsasən yol polis əməkdaşı protokola baxılmasının vaxtı və yeri barəsində məlumat verməli və onun iştirakı ilə araşdırma aparıb qərar qəbul etməli idi. Bakı şəhər BPİ-nin X10 İdarəsinin Yol Patrul Xidməti İnspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2025-ci il tarixdə əlbəəl almışdır. O, inzibati xətanın mövcudluğu ilə razılaşmamaqla yanaşı hər hansı qayda pozuntusuna yol vermədiyini bildirməsinə baxmayaraq, onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə, Bakı şəhər BPİ-nin X10 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci iı tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Qeyd olunanlara əsaslanaraq, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsinə əsasən X7 iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait edilməlidir. 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan X7 iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. 124.3-cü maddəsinə əsasən barəsində X7 iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs X7 protokol tərtib edir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X7 iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X7 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. 137.2-ci maddəsinə görə X7 iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İş materiallarına əsasən müəyyən edilmişdir ki, X5 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Lakin protokol və qərar tərtib olunan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar kifayət qədər araşdırılmamışdır. Belə ki, hazırki iş üzrə protokol tərtib olunarkən və şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqında qərar qəbul edilərkən həmin şəxs dəvət olunmamış, onun izahatı alınmamış, protokolla razılaşmamasının səbəbləri araşdırılmamışdır. Həmçinin məhkəmə iclası zamanı qərarından şikayət verilən orqan tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, iş üzrə bütün hallar araşdırılmadan X5 barəsində X7 protokol və qərar çıxarılmışdır. Qeyd olunan halların araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və yenidən araşdırılması məqsədilə Bakı şəhər DYPİ-yə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində İXM-nin 327.2-ci maddəsi ilə Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin və X7 işə yenidən baxilması üçün Bakı şəhər DYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar