Məhkəmə qərarları › İş №3(007)-3085/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3085/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3085/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, 17 avqust 1984-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X3, barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında BNA ******* saylı 16 noyabr 2021-ci il tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* saylı 16 noyabr 2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 idarə etdiyi “Opel Corsa D” minik markalı ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 16.11.2021-ci il tarixdə saat 09:04 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 şikayət verərək, 16 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, X5 ərizə təqdim edərək, barəsində olan inzibati işə yaşadığı yer üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, 16.11.2021-ci il tarixdə Babək Plazanın qarşısında fövqəladə hal yarandığı üçün bir neçə dəqiqə dayanıb yoluna davam etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X6 şikayətə etiraz verdiyini qeyd edərək izahatında göstərmişdir ki, X5 idarə etdiyi “Opel Corsa D” markalı ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 16 noyabr 2021-ci il tarixdə saat 09:01dən 09:04-dək Bakı şəhəri, Xətai rayonu, Babək prospektində, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməyərək yolun hərəkət hissəsində, 2-ci cərgədə saxlamışdır. Halbu ki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin 1-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Lakin, inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdən göründüyü kimi həmin nəqliyyat vasitəsi yolun hərəkət hissəsində 2-ci cərgədə saxlamaqla digər hərəkət iştirakçılarının xüsusilə də ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə əhəmiyyətli dərəcədə maneə yaratmışdır. Odur ki, X3 şikayəti əsassızdır və təmin edilməməlidir. Məhkəmə şikayəti və inzibati tənbeh vermə haqqında qərarı iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək qeyd edir ki, inzibati iş üzrə BNA ******* saylı 16 noyabr 2021-ci il tarixli qərarından E.N.Sanıyev tərəfindən verilmiş şikayət rədd edilməlidir. Belə ki, X3 idarə etdiyi “Opel Corsa D” minik markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə 16.11.2021-ci il tarixdə saat 09:04 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş və kamera vasitəsi ilə müxtəlif rakuslardan qeydə alınmış fotoşəkillərlə təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş materiallarına əsasən, Bakı Nəqliyyat X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə qəbul etdiyi BNA ******* saylı 16 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, X3 şikayətinə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, X3 formal mülahizələrə əsaslanaraq barəsində qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini iddia etməsi ilə, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə inzibati orqan tərəfindən düzgün qəbul edilmiş inzibati tənbeh vermə haqqında BNA ******* saylı 16 noyabr 2021-ci il tarixli qərarın ləğv edilməsinə dair verdiyi şikayət əsassızdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X3 şikayəti rədd edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş BNA ******* saylı 16 noyabr 2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar