Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-309/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin X5 Şöbəsinin yol-patrul xidməti inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 21.01.2022-ci il tarixdə saat 08:00 radələrində idarə etdiyi “Mercedes Benz C180” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin X5 Şöbəsinin yol-patrul xidməti inspektoru, polis serjantı V.A.Hüseynov tərəfindən 21.01.2022-ci il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin X5 Şöbəsinin yol-patrul xidməti inspektoru, polis serjantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 21.01.2022-ci il tarixdə saat 08 radələrində idarə etdiyi “Mercedes Benz C180” minik markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olan zaman saxlanılmışdır. Alkotester vasitəsi ilə sürücünün sərxoşluq vəziyyəti yoxlanılmış, sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Sürücüdən həkim müayinəsinə ehtiyac olub-olmadığını soruşmuş, sürücü ehtiyac olmadığını bildirmişdir. Sürücünü DYPŞ-nə dəvət etmiş, orada sürücüyə izahat yazmağı təklif edilmişdir. Şəxs özü izahat yazaraq, spirtli içki içdiyini etiraf etmişdir. DYPŞ-də sürücünün barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 21.01.2022-ci il tarixdə saat 9 radələrində idarə etdiyi “Mercedes Benz C180” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman heç bir yol hərəkəti qaydasını pozmadığı halda H.Əliyev prospektində DYPŞ-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ondan sənədlərini tələb etmiş və içkili olub-olmadığını soruşmuş, o, içkili olmadığını bildirmişdir. Alkotester vasitəsi ilə sərxoşluq vəziyyətini yoxlamış, aparata üfürməyini bildirmiş, o, 2 dəfə üfürmüşdür. Alkotesterdə yaşıl işıq yanmışdır. Polis əməkdaşı ona içkili olduğunu bildirmişdir. O, dünən günorta saat 16 radələrində 2 rumka içki içdiyini bildirmişdir. Polis əməkdaşı onun arxasınca sürüb Nizami RPİ-yə gəlməyini bildirmişdir. Əgər o, içkili idisə necə ola bilər ki, maşını o, idarə etsin. Nizami RPİ-də maşının açarını ondan almışlar. Ona rəisin saat yarıma gələcəyini, narahat olmamasını, rəis gələndə məsələni yoluna qoyacaqlarını bildirmişlər. Polis əməkdaşı ona izahat yazmağını bildirmişdir. O, polis əməkdaşına inanmış, hər şeyin həll olunduğunu düşünərək izahatında “dünən az miqdarda spirtli içki qəbul etdiyini və həkimdən keçməyə ehtiyac olmadığını” qeyd etmişdir. Polis əməkdaşı ona getməyini, saat yarımdan sonra gəlməyini bildirmişdir. O, “Nizami” metrostansiyasının yaxınlığındakı tibbi məntəqəyə gedib müayinə olunmuş, ona ayıq olması barədə arayış verilmişdir. O, şöbəyə qayıdıb ayıq olması barədə arayışı həmin polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı rəisin yanına getmiş, sonra onu çağıraraq rəisin onunla görüşmək istədiyini bildirmişdir. Rəislə söhbətlərindən sonra rəis maşınının açarlarını və sənədini qaytarmaqları və barəsində protokol tərtib edib məhkəməyə göndərmələri barədə göstəriş vermişdir. Onu tibbi məntəqəyə aparıb həkim müayinəsindən keçirmələrini bildirsə də onu müayinəyə aparmamışlar. O, 21.01.2022-ci il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs 21.01.2022-ci il tarixdə saat 07:58 radələrində keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,351%o olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/2624 saylı, 21.01.2022-ci il tarixli aktdan görünür ki, 21.01.2022-ci il tarixdə saat 10:00-da müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə Şəxs tərəfindən təqdim edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/2624 saylı, 21.01.2022-ci il tarixli protokolun müayinə müddətini və digər sənədlərlə ziddiyyət təşkil etdiyini nəzərə alaraq Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün tutarlı əsas saymır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs avtomobili sərxoş halda idarə etməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin müəyyən edilmiş hallarına əsasən Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Onun törətdiyi qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-309/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-309/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver