Məhkəmə qərarları › İş №3(007)-3090/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3090/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3090/2025 07.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 10 avqust 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə 07 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən 06 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi "Şah Abas" Məscidi qarşısında nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmasını bildirmişdir. O əlavə olaraq qeyd etmişdir ki, 06 iyul 2025-ci il tarixində 23-cü PB-nin əməkdaşları Keşlə qəsəbəsində yerləşən X7 bir nəfər vətəndaş yaxınlaşmış və dövlət tərəfindən 05 iyul 2025 ci il tarixində nəzərdə tutulmuş aşura tədbirinin 06 iyul 2025-ci ildə olması barədə axundun köməkçisi Cəfər adlı şəxs ilə aralarında mübahisə yaranmasını bildirmişdir. Həmin zamanda 23-cü PB-nin əməliyyat müvəkilləri Tahir Səfərov və Rəşad Talıbov vətəndaşa yaxınlaşaraq ictimai qaydanın pozulduğunu bildirsə də vətəndaş buna məhəl qoymamış, bu səbəbdən həmin vətəndaş 23-cü PB-nə gətirilmişdir, raport əsasında inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, günorta namazından 15-20 dəqiqə əvvəl axundun köməkçisi Cəfərlə danışmış, Cəfərlə yaxşı münasibətləri olmuşdur. Onunla Cəfər arasında bəzi məscidlərdə, məslən Fatimeyi-Zəhra məscidində sinə vurmaları barədə söhbər olmuş, Cəfər ona niyə aqresiv danışmasını soruşmuş, o da bildirmişdir ki, niyə ona minnət qoyur? Cəfərlə aralarında bir az mübahisə olmuş, Cəfər onunla aqresiv danışmağa başlamışdır. O, ona səsini qaldırmış, lakin nalayiq ifadələr işlətməmiş, əl-qol atmamışdır. Onların arasında olan mübahisə sözlü mübahisə olmuş dur. bu zaman ətrafda insanlar da olmuşdur. O, Cəfərdən orada da üzr istəmişdir. Bundan sonra məsciddən aralıda avtomobilinə minmiş, Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, adını soruşmuş və bölməyə getmələrini bildirmiş, o da tabeçilik göstərmişdir. Ola bilər polsilər onu çağırıb eşitməmiş, əsəbi və fikirli olmuşdur. Ancaq hər bir vətəndaş polisə tabe olmalıdır. O, əməlindən peşmandır, 47 yaşı var, günü 20 manata işləyir, dövlət xətti ilə Həccə getmişdir. Evlidir, böyük oğlu əsgərdir, həmçinin 1yaş 7 aylıq azyaşlı uşağı vardır. O, 3 cü qrup əlildir, 180 manat pensiya alır, barmaqlarının yarısı yoxdur, 5 yaşında barmaqları qapı arasında qalıb, qanqren olub deyə amputasiya edilmişdir. Qeyd olunanların və evdə tək gəlir gətirənin onun olmasını nəzərə alıb ona minimum məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı X5 bildirmişdir ki, xx.xx.2025-ci il tarixində Keşlə qəsəbəsində X7 Cəfər adlı şəxsi söyüş söyərək təhqir etmişdir ki, başqa məscidlərdə xx.xx.2025-ci il tarixində Aşura keçirilir, niyə icazə vermirlər ki, burada aşura keçirilsin. Onlar da həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmişlər. Həmin şəxsi sakitləşdirmık istəsələr də o, onlara məhəl qoymamış, nalayiq ifadələr işlətmiş, vətəndaşı saxlamaq istəyəndə məscidin içində edə bilməmiş, o da onlara məhəl qoymayıb getmişdir. Onlar da şəxsi M.İbrahimov küçəsində saxlamış, 23-cü PB-nə gətirmişlər, o da həmin vaxt onlara qarşı etinasızlıq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin kibercinayətkarlıqlamübarizə üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı X1 bildirmişdir ki, xx.xx.2025-ci il tarixində Keşlə qəsəbəsi Şah Ababs məscidində Əfqan adlı şəxs məscidin axund köməkçisi Cəfər adlı şəxslə uca səslə mübahisə etmiş, ona qarşı küçə söyüşlərindən istifadə etmişdir. Onlar da vətəndaşa yaxınlaşıb özlərini təqdim etmiş, ona harada yaşaması ilə bağlı suallar vermiş, o isə suallardan yayınıb onlara tabe olmamış və oradan uzaqlaşmışdır. Onlar da onun arxasınca gedərək Keşlə qəsəbəsi, Mirzə İbrahimov 13 ünvanının qarşısında həmin şəxsi saxlamış, saxlayan zaman şəxs onlara etiraz etməmiş və onu 23-cü PB-nə təmin etmiş , polis bölməsində həmin şəxsin Əfqan adlı şəxs olması müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuş Şəxs dərhal azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar