Məhkəmə qərarları › İş №3(007)-3103/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3103/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3103/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi ilə, Şikayətçi – X4 iştirakı ilə, inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 EQ 21835170 saylı qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərara əsasən X6 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Quba şəhəri, Heydər Əliyev prospekti ilə istifadəsində olan “Opel Vectra” markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman arxada hərəkətdə olan nəqliyyat vasitəsi ilə ara məsafəsinin az olmasını və qəzaya səbəb olacağını əsas gətirərək svetoforun sarı işığında hərəkətinə davam etmək məcburiyyətində qalmış və qeyd olunan səbəbdən barəsində EQ 21835170 saylı elektron qərar çıxarılmışdır. Hesab edir ki, qərar əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş EQ 21835170 saylı qərar əsassızdır, belə ki, onun idarə etdiyi nəqliyyat vasitəsini dayandırmağa imkanı olmamış, dayandıracağı təqdirdə arxadan hərəkətdə olan nəqliyyat vasitəsi ilə ara məsafəsinin az olmasını və qəza törətmə ehtimalının olmasını nəzərə alaraq hərəkətinə davam etmək məcburiyyətində olmuşdur. Qeyd olunanlara əsaslanaraq qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verilmiş orqan məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan EQ 21835170 saylı qərarına əsasən X6 xx.xx.2023cÜ il tarixdə “OPEL VECTRA” 90LA145 dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Heydər Əliyev prospekti ilə hərəkət edərkən svetoforun qadağanedici işığında hərəkəti davam etməsinə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar və şikayətçi tərəfindən təqdim edilmiş fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarına əlavə edilmiş materiala məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, “OPEL VECTRA” 90LA145 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü svetoforun qadağanedici işığının artıq yanmasına baxmayaraq öz hərəkətinə davam etmiş, bununla da İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Şikayətçi arxada hərəkətdə olan nəqliyyat vasitəsi ilə ara məsafəsinin az olmasına istinad etsə də, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə arxadakı nəqliyyat vasitəsi ilə arada kifayət qədər məsafənin olması, həmçinin sağ və ya sol hərəkət zolağının boş olması, sürücünün qəza şəraiti yaratmadan svetoforun qadağanedici işarəsinin tələbinə riayət etmək imkanının mövcud olduğunu sübut etmiş olur. Həmçinin digər nəqliyyat vasitələrinin svetoforun tələbinə riaət edərək hərəkəti dayandırmaları sürücü üçün xəbərdaredici siqnal kimi qəbul edilə bilər, beləliklə mövcud şəraitdə hansısa qəza şəraitinin mövcudluğundan söhbət gedə bilməz. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 barəsində tərtib edilmiş EQ 21835170 saylı elektron qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar