Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3104/2020 03.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi Məmmədov İbrahim Alim oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxx 1998-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsi, 22 saylı evin 17 saylı mənzilində qeydiyyatda olan barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində xidmət aparan YPX əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə o, özünə məxsus “Honda” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Q.Qarayev prospektində hərəkət edərkən, YPX əməkdaşı onu saxlayıb guya yolayrıcı qaydasını pozduğunu bildirmişdir. Halbuki o, həmin qaydaları pozmamışdır. Bundan sonra o, YPX əməkdaşına heç yerdə işləmədiyini, çıxıb getməsinə imkan verməsini bildirmiş, lakin sonuncu onunla razı olmamışdır. Həmin əməkdaş ona fiziki güc tətbiq etmişdir. Bundan sonra o, polis şöbəsinə gətirilmişdir. O, hadisə vaxtı polisə qarşı tabesizlik etməmişdir. Sonda Şəxs, barəsində tərtib edilmiş inzibati xəta törədilməsi haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin Dövlət X6 bilavasitə tabe olan Yol-patrul Xidməti Alayı, yol patrul xidməti baş inspektoru X3 bildirdi ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 12:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində xidmətdə olan zaman, “Honda” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol ayrıcını keçmə qaydasını pozduğuna və avtomobilin ön qeydiyyat nişanı yararsız olduğuna görə tərəfindən saxlanılmışdır. O, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və qayda pozuntusunu sürücüyə izah etməyə çalışmışdır, lakin sonuncu onu dinləmədən qayda pozmadığını bildirib avtomaşını sürüb getmək istəmişdir. O, sürücüyə etdiyi qayda pozuntusu videogörüntü ilə göstərə biləcəyini bildirsə də, sürücü buna məhəl qoymadan avtomobili üzərinə sürməyə başlamışdır. O, sürücüdən dəfələrlə sənəd təqdim etməsini istəsə də, sürücü sənəd təqdim etməmiş, avtomaşının qapısını örtüb oradan getmək istəmiş, o isə öz növbəsində qapını tutaraq dayanmasını tələb etmişdir. Bundan sonra, sürücü onun və valideyninin ünvanına təhqiramiz ifadələr işlətmiş, o sürücüdən söyüş söyməyi dayandırmağı bildirdikdə əksinə sürücü onu daha ağır formada söymüşdür. Sürücü onun başındakı xidməti papağı əli ilə əzib atmağa çalışmış, daha sonra papağı alaraq, qanunvericilikdə mövcud 212 saylı əmrə əsasən sürücüyə fiziki güc tətbiq edərək sonuncunu avtomobildən endirmişdir. Bundan sonra PPXB əməkdaşlarının da köməyi ilə onlar həmin şəxsi 25-ci Polis Şöbəsinə gətirmişlər. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru X2 məhkəmədə göstərdi ki, Şəxs, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində xidmət aparan YPX əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Şöbədə Şəxs özünü təqdim etmiş və şəxsiyyəti müəyyən olunmuşdur. Bundan sonra o, həmin şəxs barəsində inzibati qaydada protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəməyə Bakı şəhər BPİ-nin Dövlət X6 bilavasitə tabe olan Yol-patrul Xidməti Alayı, yol patrul xidməti baş inspektoru X3 tərəfindən təqdim edilmiş bir ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı sonuncunun izahatında göstərdiyi xüsusatların tam əksini tapması, bununla da Şəxs, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində xidmət aparan YPX əməkdaşının qanuni tələbinə tabe olmaması sübuta yetirilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-3104/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3104/2020
03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver