Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3105/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi, şikayətçi – X3 və qərarından şikayət verilmiş orqanın nümayəndəsi Emil Qanbayevin iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2024-cü il tarixli Bakı şəhər DYPİ TP ******* saylı qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərara əsasən X5 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında çıxış edərək şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 07:21 radələrində Bakı şəhəri, Nizami Rayonu, Mikayıl Əliyev küçəsində “Kia Sorento” markalı 99ZR390 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman polis əməkdaşı tərəfindən saxlanılmış, barəsində prtpkpl tərtib olunmaqla İXM-nin 327.2-ci maddəsi ilə qərar çıxarılmışdır. Hesab edir ki, qərar əsassız və qanunsuzdur. Belə ki, o idarə etdiyi nəqliyyat vasitəsi ilə yol ayrıcına daxil olarkən digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamış, yol kifayət qədər geniş olduğundan hərəkətinə davam etmişdir. Qeyd olunanlara əsaslanaraq qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verilmiş orqanın nümayəndəsi Emil Qanbayev çıxış edərək bildirdi ki, vətəndaş X5 tərəfindən qeyd olunan inizabti xəta törədilmişdir. Belə ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsi ilə yol ayrıcına daxil olan zaman digər nəqliyyat vasitəsinə yol verməli olduğu halda öz hərəkətinə davam etmiş, hərəkət etmə üstünlüyü olan digər nəqliyyat vasitəsi baş verə biləcək yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün nəqliyyat vasitəsini dayandırmağa məcbur olmuşdur. Beləliklə inizabti tənbeh vermə haqqında qərar əsaslı və qanunidir. Qeyd olunanalra əsaslanaraq şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı şəhər DYPİ TP ******* saylı qərarına əsasən X5 xx.xx.2024-cü il tarixdə saat 07:21 radələrində Bakı şəhəri, Nizami Rayonu, Mikayıl Əliyev küçəsində “Kia Sorento” markalı 99ZR390 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman yolayrıcı keçmə qaydalarının pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar və şikayətçi tərəfindən təqdim edilmiş fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarına əlavə edilmiş materiala məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, X5 xx.xx.2024-cü il tarixdə saat 07:21 radələrində Bakı şəhəri, Nizami Rayonu, Mikayıl Əliyev küçəsində idarə etdiyi “Kia Sorento” markalı 99ZR390 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman yolayrıcına daxil olarkən digər nəqliyyat vasitəsinə yol vermədən hərəkətinə davam etmiş, beləliklə qeyd olunan inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər DYPİ-nin TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3105/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3105/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver