Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3109/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Mamedov Asker, xx.xx.1957-ci ildə anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, Azərbaycan milliyətli, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Döv Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25896683 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Baş Döv Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25896683 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Mamedov Asker Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində qərar çıxarılmış Mamedov Asker Azərbaycan Respublikası İXM-nin 469.3cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Döv Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25896683 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə xx.xx.2025ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin Baş Döv Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25896683 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan müəyyən olunur ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi “Azpetrol” YDM ilə zavodun arası şəhər istiqmətində baş vermişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, barəsində qərar çıxarılmış Mamedov Asker şikayətinə yaşadığı yer üzrə baxılmasına dair hər hansı bir vəsatət əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış Asker Mamedovun şikayəti və ona əlavə edilmiş sənədlər adiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Döv Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25896683 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayəti və ona əlavə edilmiş sənədlər adiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3109/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3109/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver