Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3112/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Dadaşova Emina Bəhruz qızının katibliyi, qərardan şikayət verən X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28989820 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28989820 nömrəli qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2025-ci il tarixdə, saat 14:08 radələrində Bakı şəhəri, Nizami rayon ərazisində Naxçıvanski küçəsində olmadığı halda onun idarə etdiyi HYUNDAİ SONATA minik markalı, ** AX *** qeydiyyat nişanlı avtomaşına görə Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair protokol tərtib olunaraq 100 manat cərimə və 3 balla cəzalandırılmışdır. HYUNDAİ SONATA minik markalı, ** AX *** qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. Həmin protokol və onun əsasında qəbul olunmuş qərar əsassızdır. Belə ki, həmin vaxtı qeyd olunan yerdə olmamışdır. Həmin yerin yaxınlığından belə keçməmişdir. Olmadığı yerə görə ona hansı əsasla inzibati protokol tərtib edilməsi ona məlum deyildir. Həmin protokol görə hər hansı bir sübut ona təqdim edilməmişdir. Heç bir foto və video görüntü təqdim edilmir. Onun telefonunda sms radar proqramı var və o, həmin sms radar proqramından istifadə edir. O, bundan əvvəl tərtib edilmiş protokollarla həmin proqramla tanış olarkən foto və video görüntülərlə də tanış olmuşdur. Lakin qeyd etdiyi protokolda heç bir foto və video görüntü təqdim edilməmişdir. Göründüyü kimi həmin protokol qanunsuzdur. Protokolu tərtib edənlər onu sübut edə bilmirlər və bununla bağlı heç bir sübut təqdim etmirlər. Dəfələrlə protokolla bağlı video və foto görüntülərlə tanış olmaq istəsə də, buna şərait yaradılmamışdır. İnzibati xəta törətməmişdir. AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmağı qanunla müəyyən olunmuş qaydada mümkün olmadığı üçün inzibati məsuliyyyətə cəlb oluna bilməz. Buna görə də DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli (xx.xx.2025-ci il tarixli, EQ 28989820 protokola görə qəbul edilmiş) qərar ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28989820 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə şifahi qaydada müraciət edərək elektron qərarın tərtib olunması zamanı texniki xəta olduğunu, şikayətçinin qərar qəbul edən orqana yaxınlaşdığı halda həmin xətanın araşdırılması və aradann qaldırılması üçün tədbirlərin görüləcəyinin mümkün olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait edilməlidir. 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İş materiallarına əsasən müəyyən edilmişdir ki, X4 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Lakin protokol və qərar tərtib olunan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar kifayət qədər araşdırılmamışdır. Belə ki, hazırki iş üzrə protokol tərtib olunarkən və şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqında qərar qəbul edilərkən həmin şəxs dəvət olunmamış, onun izahatı alınmamış, şikayətçinin şikayətində göstərdiyi xüsusatlar araşdırılmamışdır. Beləliklə, iş üzrə bütün hallar araşdırılmadan X4 barəsində inzibati xəta haqqında protokol və qərar çıxarılmışdır. Qeyd olunan halların araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28989820 nömrəli qərar ləğv edilməli və yenidən araşdırılması məqsədilə Bakı şəhər DYPİ-yə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində İXM-nin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28989820 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxilması üçün Bakı şəhər DYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3112/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3112/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver