Məhkəmə qərarları › İş №3(007)-3114/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3114/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3114/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi 11 saylı Vəkil Bürosunun vəkili Vəkil və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə, saat təxminən 15:42 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində Şəxs idarə etdiyi “Mercedes Benz E63 S AMG” minik markalı, **- MB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Bajaj” markalı, 99-E-987 dövlət qeydiyyat nişanlı motosiklet toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs xəsarət alaraq X3 müraciət etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis baş leytenantı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi bildirmişdir ki, ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi baş vermişdir, nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Bu zaman hüquqlarını müdafiə etdiyi Şəxs dərhal ilk tibbi yardım göstərilməsi üçün zərərçəkmiş şəxsi müayinəyə aparmışdır. Zərərçəkmiş şəxs yoxlanıldıqdan sonra ciddi problem olmadığı müəyyən olunmuş və ambulator müalicəyə buraxılmışdır. Dəymiş ziyan ilkin olaraq ödənilmişdir, bazarlıq olunub, həkimə aparılmış, həkimin xərcləri ödənilmişdir. Sonra sığorta tərəfindən dəymiş ziyan ödənilmişdir. Şəxs ilk dəfə inzibati xəta törətməsini, gənc olmasını, ailə üzvlərindən xəstəsinin olmasını, avtomobilinin xəstə üçün lazım olmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, ona dəymiş zərər ödənilməmişdir. Hadisə baş verdikdən 40 gün sonra sığorta 750 manat ödəmiş, 44 gün sonra isə mototsikletə dəymiş ziyan ödənilmişdir. O, hərəkətsiz dayandığı yerdə avtomobil gəlib üzərinə çıxmışdır. Sonra müayinə üçün “X7”ya getmişlər, orada 436 manat xərc çəkilmişdir. Bir neçə saat sonra ona zərər vuran şəxs gəlmiş, dəymiş zərərin nə qədər olduğunu soruşmuşdur. Günə qazancı mülki müqavilə ilə 70-80 manatdır. O, hesablayıb dəymiş ziyanın 4000 manat olduğunu demişdir. Nəzərə almaq lazımdır ki, ayağına 21 günlük gips yazılmışdır. Bir neçə vaxtdan sonra isə fikirlərini dəyişmişlər və ödəməmişlər. Neçə vaxtdır ki, həm işləmir, həm də kreditlərini ödəyə bilmir. 44 gün ərzində onunla heç kim maraqlanmamışdır. Ona dəymiş 4000 manat ziyandan 2000 manatını sığorta ödəmişdir. Hazırda tələbi 2000 manatdır. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nizami Rayonu, R.Rüstəmov küçəsinin hərəkət hissəsində, hərəkət zolaqlarının sayı 5, hərəkət hissəsinin eni 20 metr olan birtərəfli yolda baş vermişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair xx.xx.2025-ci il tarixli 2/31388 saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:26-da müayinə olunan 1993-cü il təvəllüdlü Şəxs ayıq olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X8 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 609 saylı rəyin nəticə hissəsindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının və sol əlin arxa səthinin şişkinlik halında əzilmələri və sıyrığı, alnın sağ yarısının və sağ gözün tış hissəsinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, xx.xx.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Mehrac Niftəliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd olunmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X6 göndərilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs dəymiş ziyanı qismən ödəməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar