Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3121/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X14, Zərərçəkmiş şəxslər X10, X2 və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Rusiya Federasiyası Dağıstan MR., Xasayurt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Hacıhüseynli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: 1.10 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs barəsində olan 5 icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərarı tam icra etməmişdir. Proses iştirakçılarının çıxışları:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X28 protokolun məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, borclu Sabrina X1 iki icra vərəqəsi üzrə 6000 ABŞ dolları və 2152,40 manat borcu var. 6000 ABŞ dolları olan borcdan ödəniş etmiş, hazırda 3000 manat və 2152,40 manat borcu qalıb. X25 olan 2070,64 manat borcdan ödəniş edib və hazırda 430 manat borcu qalıb. Digər borclulara isə heç bir ödəniş etməib. Borclu Şəxs ödənişi etmədiyi və qətnamənin icrasından yayındığı üçün qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi.
3. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X18 bildirdi ki, Şəxs ona 15600 ABŞ dolları məbləğində pul borcludur. Borcundan ödəniş etməyib. Bu səbəbdən qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəxs ona 16000 manat məbləğində pul borclduru. Borcundan ödəniş etməyib. Bu səbəbdən qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirdi ki, Şəxs ona 10000 manat və 8750 ABŞ dolları məbləğində pul borclduru. Borcundan ödəniş etməyib. Bu səbəbdən qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, imkanı olmadığından borcunu ödəyə bilmir. Başqa borclular da var. Onlara olan borcundan az-az ödənişlər edir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi.
İş materialları:
7. 10 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində olan 5 ədəd icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərarını tam icra etməmişdir.
8. 1-(101)-91/2013-cü il tarixli icra vərəqəsinə əsasən X8 tərəfindən verilmiş olan mülki iddia maddi ziyana, yəni 16000 manat məbləğinə aid olan hissədə tam təmin olunmaqla mənəvi ziyana aid olan hissədə baxılmamış saxlanılmaqla mülki iddia qismən təmin olunmuş, X13 tərəfindən verilmiş olan mülki iddia maddi ziyana, yəni 7000 manat məbləğinə aid olan hissədə tam təmin olunmaqla mənəvi ziyana aid olan hissədə baxılmamış saxlanılmaqla mülki iddia qismən təmin olunmuş, X15 tərəfindən verilmiş olan mülki iddia maddi ziyana, yəni 15000 ABŞ dolları və 1500 manat məbləğinə aid olan hissədə tam təmin olunmaqla mənəvi ziyana aid olan hissədə baxılmamış saxlanılmaqla mülki iddia qismən təmin olunmuş, X11 tərəfindən verilmiş olan mülki iddia maddi ziyana, yəni 50000 manat məbləğində mülki iddia təmin olunmuş, X7 tərəfindən verilmiş olan mülki iddia maddi ziyana, yəni 10000 manat və 8750 ABŞ dolları məbləğində mülki iddia təmin olunmuş, X18 tərəfindən verilmiş olan mülki iddia maddi ziyana, yəni 15600 ABŞ dolları məbləğində mülki iddia təmin olunmuş, X16 tərəfindən verilmiş olan mülki iddia maddi ziyana, yəni 7000 manat məbləğində mülki iddia təmin olunmuş, X31 tərəfindən verilmiş olan mülki iddia maddi ziyana, yəni 3300 manat məbləğində mülki iddia təmin olunmuş, X24 dəymiş maddi zərərə görə 6600 ABŞ dolları, X12 dəymiş maddi zərərə görə 3500 ABŞ dolları, X19 dəymiş maddi zərərə görə 6000 manat və 2000 ABŞ dolları, X29 dəymiş maddi zərərə görə 17000 manat məbləğlərə və verilmiş mülki iddialara görə ygöstərilən məbləğlərin təqsirləndirilən şəxs X9 tutularaq zərərçəkmiş şəxslərə ödənilməsi qərara alınmışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1129/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı X32 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(027)-77/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, cavabdeh Şəxs 2152,4 (iki min yüz əlli iki manat qırx qəpik) manat alınaraq iddiaçı X20 xeyrinə ödənilməsi, cavabdeh Şəxs ödənilmiş dövlət rüsumunun 55 (əlli beş) manat hissəsi alınaraq iddiaçı X24 verilməsi qərara alınmışdır.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3181/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 2050 manat məbləğində borc və 20,64 manat məbləğində ödənilmiş dövlət rüsumu Şəxs tutularaq X17 ödənilməsi, 7000 manat məbləğində borc və 69,66 manat məbləğində ödənilmiş dövlət rüsumu X5 tutularaq X17 ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 38,70 manat hissəsi iddiaçının özünə aid edilməsi qərara alınmışdır.
11. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-508/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X9 iddiaçı X4 xeyrinə 15 aprel 2009-cu il tarixli borc müqaviləsi üzrə 24100 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumunu əvəzi tutulması qərara alınmışdır.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Konstitusiyasının:
129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
13. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
14. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun:
5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
15. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:
3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir.
17. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
18. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
19. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir.
20. Məhkəmə iclasında müəyyən olundu ki, borclu icra vərəqələri üzrə yaranmış borcunu tam ödəməmişdir. Belə ki, Şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3181/2023 nömrəli icra vərəqəsinə əsasən X25 olan 2070,64 manat borcdan ödəniş etmiş, hazırda 430 manat borcu qalmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-91/2013 nömrəli icra vərəqəsinin dublikatına əsasən tələbkar X24 olan 6000 ABŞ dolları borcdan ödəniş etmiş, hazırda tələbkara 3000 manat borcu qalmışdır. Digər icra sənədlərinə əsasən isə Şəxs borcları ödənilməmiş qalır. Odur ki, məhkəmə hesab edir ki, icra sənədləri Şəxs tərəfindən tam şəkildə icra edilməlidir.
21. İnzibati xəta haqqında iş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-1047/2024 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat cərimə olub. Quba Rayon Məhkəməsinin 3(027)-879/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs 15 gün müddətində inzibati həbs edilmişdir.
22. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən Şəxs uzun müddət ərzində borclulara ödəniş etməməsini, məhkəmə qərarının icra edilməsindən qərəzli yayınmasını nəzərə alıb İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir.
23. Beləliklə, məhkəmə iclasında Şəxs inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir.
24. Həmçinin məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır və gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab etməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır.
25. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.
26. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.
27. Göründüyü kimi Şəxs inzibati qaydada tutulmamışdır. Odur ki, inzibati həbsin başlanğıcı 10 iyul 2025-ci il saat 15:55-dən hesablanmalıdır.
28. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur.
Nəticə:
29. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törəkməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. İnzibati həbsin başlanğıcı 10 iyul 2025-ci il saat 15:55-dən hesablanmalıdır.
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə,
Qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törəkməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 10 iyul 2025-ci il saat 15:55-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı Şəhəri Nizami RPİ-nin 23-cü PŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova