Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3122/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X4, onun müdafiəçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Ermənistan, Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 9, mənzil 11-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi:
1. 10 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1944/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə olan 26300 manat borcunu hazırda ödəməmişdir.
Proses iştirakçılarının çıxışları:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X5 protokolun məzmununa uyğun izahat verdi, bildirdi ki, borc yenidən hesablandı və ”Aliment borcunun hesablanması haqqında” qərar qəbul olundu. Hesablamadan sonra borclunun X6 16164 manat borclu qaldığı müəyyən olundu. Borclu ödənişi etmədiyi və qətnamənin icrasından yayındığı üçün qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
3. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, Şəxs aliment borcunu ödəmir, qətnamənin icrasından yayınır. Bu səbəbdən qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 müdafiəçisi X2 bildirdi ki, Şəxs aliment borcunu ödəmir, qətnamənin icrasından yayınır. ”Aliment borcunun hesablanması haqqında” qərarla razı deyil. "xxxx"-dan aldıqları arayışdan da müəyyən olunur ki, borclu tərəfindən 2009-2013-cü illər ərzində tələbkarın hesabına ödəniş olmamışdır. Demək ki, borclunun borcu 16164 manat ola bilməz. Bu səbəbdən qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 2009-2013-cü illər ərzində "xxxx" aviaşirkətində işlədiyi zaman maaşından pul tutulurdu alimentə. Təqdim etdiyi arayışdan görünür ki, maaşından 5535,29 manat pul tutulub. Bundan başqa tələbkarın qonşusu "xxxx"-ın Şuşa filialında işlədiyi üçün ordan hesab açmışdı. Valideynlərim ödəniş aparatları vasitəsi ilə həmin hesaba pullar ödəyiblər. Hesabdan çıxarışı ona vermirlər, tələbkar istəsə ona verəcəklər. İcra məmuru da sorğu yazıb cavab verməyiblər hələ. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi.
İş materialları:
6. 10 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1944/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə olan 26300 manat borcunu hazırda ödəməmişdir.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1944/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs yetkinlik yaşına çatmayan 30 oktyabr 2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün 27 may 2009-cu il tarixdən başlayaraq hər ay aylıq qazancının və digər gəlirlərinin dörddə bir hisəsi məbləğində aliment tutularaq X11 ödənilməsi qət edilmişdir.
8. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X3 16 iyul 2025-ci il tarixli, ”Aliment borcunun hesablanması haqqında” qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1944/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə 16164 manat borc müəyyən edilmişdir. 16164 manat borc Şəxs tutulmalıdır.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı:
İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.
Məhkəmənin mövqeyi:
11. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında material geri qaytarılmalıdır.
12. Belə ki, məhkəmə iclasında Şəxs ödəməli olan borcunu tam müəyyən etmək mümkün olmadı. Tərəflərin təqdim etdiyi sənədlərdə ziddiyyətlər aşkar olundu.
13. Tələbkarın təqdim etdiyi "xxxx" ASC-nin 16 iyul 2025-ci il tarixli məktubundan görünür ki, 2009-2013-cü illər aralığında mədaxil əməliyyatları aşkar edilməmişdir. Borclunun təqdim etdiyi məktubdan isə görünür ki, Şəxs "xxxx" aviaşirkətinin MMC-nin “GHC” filialında çalışıb, 06 avqust 2013-cü ildə işdən azad olunub. 2009-cu ilin sentyabr ayından 2013-cü il may ayına qədər ondan 5535.29 manat aliment tuutlub və tələbkar X4 bank hesabına göndərilib.
14. Həmçinin Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icraata başlamaq haqqında qərarı və “Aliment borcunun hesablanması haqqında” qərarı düzgün tərtib olunmamışdır belə ki, “hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması” qeyd olunmuşdur. Halbuki, icra vərəqəsində yetkinlik yaşına çatmayan 30 oktyabr 2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün 27 may 2009-cu il tarixdən başlayaraq hər ay aylıq qazancının və digər gəlirlərinin dörddə bir hisəsi məbləğində aliment tutularaq X11 ödənilməsi qət edilmişdir.
15. Beləliklə, Şəxs tərəfindən ödənilmiş və borcluya qalan aliment borcunun hesablanması icra məmurunun vəzifəsidir. Lakin məhkəmə iclasında müəyyən olundu ki, hesablama tam dəqiq aparılmamışdır və borclunun borcunu müəyyən etmək mümkn deyil.
16. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə tərtib edilmiş 10 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə geri qaytarılmalıdır.
Nəticə:
17. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə tərtib edilmiş 10 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə geri qaytarılmalıdır.
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə,
Qərara aldı:
Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 10 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: Ülkər Yusifova