Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3126/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 55, mənzil 27 (VÖEN:**********) olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 30 iyun 2025-ci il tarixli, № 00100-1844/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə daxil olmuş 3-33-1100/012/004122 nömrəli raporta əsasən Şəxs (VÖEN: **********) ünvanına idxal olunan yüklər **********2701 və **********2699 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir. **********2699 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasında qevd olunan mallara dair USMİ- SO00123 nömrəli invoys xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur və invovsa əsasən malların ümumi invoys dəyəri 10854 ABŞ dolları olaraq müəyyən edilmişdir. Lakin sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən **********2699 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilən mallara dair invoys yanlış təqdim edilmiş, faktiki mallar və USMİ-SO00123 nömrəli invoysda göstərilən mallar arasında uyğunsuzluq var. Bu səbəbdən malların dəyərinin düzgün bəyan edilməməsi barədə şübhə yaranmışdır. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği **********2701 sorğu nömrəli gömrük bəyannaməsi üçün idxal gömrük rüsumu üzrə 335,7 AZN, əlavə dəvər vergisi üzrə 463,26 AZN, ümumilikdə isə 798,96 AZN və **********2699 sorğu nömrəli gömrük bəyannaməsi üçün idxal gömrük rüsumu üzrə 923,43 AZN, əlavə dəyər vergisi üzrə 1274,3 AZN, ümumilikdə isə 2197,73 AZN təşkil edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, MMC-nin nümayəndəsinin onlara təqdim etdiyi fotoşəkillərlə ilk dəfə keçirilən ekspertizanın rəyində göstərilən qiymətlər arasında uyğunsuzluq olduğundan, təkrar ekspertiza keçirilmişdir. Lakin nümayəndə təkrar ekspertizanın rəyi ilə də razılaşmır. Həmçinin bildirmişdir ki, gömrük orqanına təqdim olunmuş sənədlərdə hər hansı uyğunsuzluq olduğu halda əlavə araşdırlma aparılır, təqdim olunmuş sənədlərdə uyğunsuz olmadıqda, gömrük orqanı şirkətin təqdim etdiyi invoysları olduğu kimi təsdiq edir. Hazırki halda isə idxal olunan eyni çeşidli mallara dair qiymətlərdə uyğunsuzluq olduğundan gömrük orqanında şübhə yaranmış və araşdırma aparılmışdır. Qeyd olunanları nəzərə alaraq, “Prestige Company’’ MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, protokolla və ekspertizanın rəyləri ilə, həmçinin göstərilən əlavə gömrük ödənişləri ilə razı deyil. Belə ki, tərəfindən gömrük orqanına təqdim edilmiş fotoşəkillərdən də idxal olunan malların hansı qiymətə satılmaları görünür, invoyslar da həmin qiymətlərə uyğun olaraq hesablanmışdır. Lakin gömrük orqanı və ekspertlər malların qiymətlərini malların satışının bazar qiymətinə uyğun olaraq hesablayırlar. Belə ki, onlar idxal etdikləri malları müxtəlif marketlərə satırlar, marketlər həmin məhsulları endirimlə satdıqları üçün onlara da məhsulların dəyərini endirimlə ödəyirlər. Həmçinin bildirmişdir ki, MMC tərəfindən müvafiq ekspert rəyləri mübahisələndirilməmişdir. Bütün bunların nəzərə alınaraq, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş raportda qeyd edilmişdir ki, Şəxs (VÖEN: **********) ünvanına idxal olunan yüklər **********2701 və **********2699 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannamələri ilə birgə təqdim olunmuş malmüşayiət sənədlərinin araşdırılması zamanı malların dəyərinin düzgün bəyan edilməməsi barədə şübhə yaranmışdır. Göstərilənlərə əsasən 3-33-1100/013/004123 nömrəli iş üzrə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyinin xx.xx.2025-ci il tarixli 82 nömrəli rəyindən görünür ki, xx.xx.2025ci il tarixli qərara əsasən **********2701 və **********2699 sorğu nömrəli yük bəyannamələrində bəyan olunan mallar üçün tərtib olunan UQ/SAL/590033500 nömrəli invoys üzrə 79620 (yetmiş doqquz min altı yüz iyirmi) manat, USMİ-SO001234 nömrəli invoys üzrə isə 55123,2 (əlli beş min yüz iyirmi üç manat, iyirmi qəpik) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əlavə məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardan görünür ki, xx.xx.2025-ci il tarixli qərarla məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və 82 №-li ekspert rəyinə əsasən, malların 30.01 2025-ci il tarixə orta bazar qiyməti müəyyən edilmişdir. Ekspert öz rəyində malların dəyərini müəyyən etmək üçün müvafiq internet saytlarında olan məlumatları analiz etmişdir. Lakin, Şəxs MMC ekspert rəyi ilə tanış olmuş və Təhqiqat şöbəsinə həmin malların satış qiymətini göstərən şəkilləri təqdim etmişdir. Baxış zamanı ekspert rəyində və təqdim olunan şəkillərdə qiymətlər arasında uyğunsuzluq müəyyən edilmişdir. Bu səbəbdən ilkin ekspertizanın rəyi kifayət qədər aydın olmadığından və tədqiqat aparılmış mallara dair əlavə suallar yarandığından məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə əlavə ekspertizanın təyin edilməsi və ekspertiza tədqiqatlarının nəticələrinə dair rəy alınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyinin xx.xx.2025-ci il tarixli 125 nömrəli rəyindən görünür ki, xx.xx.2025-ci il tarixli qərara əsasən **********2701 və **********2699 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların xx.xx.2025-ci il tarixinə orta bazar dəyəri UQ/SAL/590033500 nömrəli invoys üzrə 29745 (iyirmi doqquz min yeddi yüz qırx beş manat) AZN, USAP-SO002597 nömrəli invoys üzrə isə 71280 (yetmiş bir min iki yüz səksən manat) AZN müəyyən edilmişdir. İş materiallarında olan 30 iyun 2025-ci il tarixli, № 00100-1844/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, gömrük bəyannamələri ilə birgə təqdim olunmuş mal-müşayiət sənədlərinin araşdırılması zamanı malların dəyərinin düzgün bəyan edilməməsi barədə şübhə yaranmış, araşdırma zamanı müəyyən edilmişdir ki, **********2699 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən mallar xx.xx.2025-ci il tarixli USAP-SQ002597 nömrəli invoysda göstərilən invoys ilə uyğunluq təşkil edir. Bu səbəbdən malların dəyərinin düzgün bəyan edilməməsi barədə sübhə yaranmışdır. Qeyd olunan iş üzrə əhəmiyyət kəsb edən məsələlərin həlli üçün xüsusi biliyə malik olan ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından malların dəyərini müəyyən etməkdən ötrü məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə xx.xx.2025-ci tarixdə qərar qəbul edilmişdir və 82 nömrəli ekspert rəyinə əsasən **********2701 və **********2699 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların xx.xx.2025-ci il tarixinə orta bazar dəyəri UQ/SAL/590033500 nömrəli invoys üzrə 79620 AZN, USAP-SO002597 nömrəli invoys üzrə isə 55123.2 AZN müəyyən edilmişdir. Şəxs MMC tərəfindən **********2701 və **********2699 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən malların ümumi invoys dəvəri 82 nömrəli ekspert rəyində göstərilən kimi olduqda gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə xx.xx.2025-ci il tarixdə 3- 33- 1100/013/012122 nömrəli raportla sorğu verilmiş və xx.xx.2025-ci il tarixli 3-33- 1100/0120/013379 nömrəli cavab raportunda qeyd olunmuşdur ki. Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği **********2701 sorğu nömrəli gömrük bəyannaməsi üçün idxal gömrük rüsumu üzrə 2986.2 AZN, əlavə dəyər vergisi üzrə 4121 AZN, **********2699 sorğu nömrəli gömrük bəyannaməsi ücün isə idxal gömrük rüsumu üzrə 64.73 AZN. əlavə dəyər vergisi üzrə 89.36 AZN təşkil edir. Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 şifahi səkildə yuxarıda göstərilən əlavə gömrük ödənişlərini ödəməkdən imtina etdiklərini və şəxsi telefonunda bəyan olunan ətirlərdən bəzilərinin faktiki endirimdə olan satış giymətini göstərərək 82 nömrəli ekspert rəyi ilə razılaşmadıqlarını bildirmişdir. Bu səbəbdən ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadığından və tədqiqat aparılmış mallara dair əlavə suallar yarandığından məhkəmə-əmtəəsünaslıq ekspertizası üzrə əlavə ekspertizanın təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərar qəbul edilmişdir və 125 nömrəli ekspert rəyinə əsasən **********2701 və **********2699 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların xx.xx.2025-ci il tarixinə orta bazar dəvəri UQ/SAL/590033500 nömrəli invoys üzrə 29745 (iyirmi doqquz min yeddi yüz qırx beş manat) AZN, USAP-SO002597 nömrəli invoys üzrə isə 71280 yetmiş bir min iki yüz səksən manat) AZN müəyyən edilmişdir. Şəxs MMC tərəfindən **********2701 və **********2699 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən malların ümumi invoys dəvəri 125 nömrəli ekspert rəyində göstərilən kimi olduqda gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə xx.xx.2025-ci il tarixdə 3-33- 1100/013/016430 nömrəli raportla sorğu verilmiş və xx.xx.2025-ci il tarixli 3-33- 1100/020/016762 nömrəli cavab raportunda qeyd olunmuşdur ki. Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği **********2701 sorğu nömrəli gömrük bəyannaməsi üçün idxal gömrük rüsumu üzrə 335.7 AZN. əlavə dəvər vergisi üzrə 463,26 AZN ümumilikdə isə 798,96 AZN və **********2699 sorğu nömrəli gömrük bəyannaməsi üçün idxal gömrük rüsumu üzrə 923,43 AZN. əlavə dəyər vergisi üzrə 1274.3 AZN, ümumilikdə isə 2197,73 AZN təşkil edir. Şəxs MMC-nin nümayəndəsi X4 xx.xx.2019-cu il tarixli 00100-1830/19 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC **********2701 və **********2699 sorğu gömrük bəyannamələri üzrə ümumilikdə 2197.73 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Məhkəmə, tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224-cü maddəsinə əsasən gömrük ödənişləri dedikdə, gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq, dövlət rüsumu başa düşülür. Həmin Məcəllənin 247-ci maddəsin əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş səxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi, Qanunla gömrük ödənişlərini (borcunu) ödəmək tələb kimi müəyyən edilmişdir ki, bu tələbin yerinə yetirilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından da göründüyü kimi Şəxs MMC tərəfindən bu tələb pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş pul məbləğinin 70 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 31, 40, 43, 48-51, 84, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 2197,73 manat gömrük ödənişləri məbləğinin 70 (yetmiş) faizi məbləğində yəni, 1538,41 manat (bir min beş yüz otuz səkkiz manat qırx bir qəpik) məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3126/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3126/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver