Məhkəmə qərarları › İş №3(007)-3128/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3128/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3128/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin hüquqşünası X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmasına dair xx.xx.2024-cü il tarixli qərardad və müvafiq materiallar baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X12 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı R.Zaliyevin “X21 Baku” oteldə Şəxs MMC-nin rəhbəri direktoru E.Əhmədov tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbləri pozularaq işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən X6 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X9 protokolun məzmununa uyğun çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, X12 xx.xx.2025-ci il tarixdə “X21 Baku” otelində əmək funksiyalarının icra edilməsi üçün Şəxs MMC tərəfindən işlərin görülməsinə cəlb olunmayıb. Belə ki, Şəxs MMC xx.xx.2025-ci il tarixli xidmətlərin göstərilməsi barədə 14/25 saylı Müqaviləyə əsasən “X7” MMC-yə X21 Baku otelində sifarişlərə uyğun olaraq müvafiq işlərin görülməsi üçün işçi qüvvəsini müəyyən edir və X21 Bakuya göndərir. Qeyd olunan xidmətlərin göstərilməsi üçün Şəxs MMC digər hüquqi və sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərdən bağladığı müqavilələr əsasında onların işçi qüvvəsini işlərə cəlb edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 24 iyun 2025-ci il tarixli MN nömrəli ******* saylı inzibati xəta haqqında Protokol qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 127-4.1.-ci maddəsinin tələblərinə görə, həmin Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Sonda qeyd olunanları nəzərə alaraq, xahiş edirik ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, ofisiantlıq fəaliyyəti ilə məşğul olur. Əli kəsilən vaxt ofisinatlıq ediridi. Hazırda onunla əmək müqaviləsi bağlanılmış olsa da əli kəsilən vaxt onunla müqavilə bağlanılmamışdır. Həmin vaxta qədər Rauf Səfərovla betonçu olaraq müqavilə bağlamışdı. Qeyd edir ki, hadisə olan zaman Şəxs MMC-də 01-02 gün olar ki, ofisiantlıq edirdi. İş saatı saat günorta saat dörddən səhər saat dördə qədər olmuşdur. Hər iş gününə ona haqq olaraq 25 manat pul ödənib. Ofisiant işləyən zaman Şəxs MMC-ti tərəfindən onunla müqavilə bağlanmamışdır. İş materiallarında olan elektron sistemdən çıxarışın surətindən görünür ki, vətəndaş X12 (FİN:7LSRD7B) “vətəndaşların qəbulu və müraciətlərin qeydiyyatı” səhivəsindən qeydiyyatdan keçərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə elektron qaydada müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X18 "Respublika Təcili və X2 Mərkəzi" X18 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 18-1-88/2-1574/2025 saylı məktubun surətindən görünür ki, xx.xx.2025-ci il tarixində saat 04:51-də "Respublika Təcili və X2 Mərkəzi" X15 Mərkəzi Çağrı Xidmətinə (103) Nəsimi rayonu, ünvan 2 ünvanından naməlum şəxsin adına çağırış daxil olmuşdur. Çağırışı ünvan 3inin həkimi Pirəli Kələntərov icra edərək, xəstə X10 (21 yaş) "Sağ əlin pəncə nahiyyəsinin kəsilmiş yarası" (deməsinə görə iş vaxtı əlini kəsmişdir) diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmişdir. Hadisə barədə 21-ci Polis Bölməsinin əməkdaşı Əliyevə və Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Nərgiz Həsənliyə məlumat verilmişdir. İş materiallarında olan “İstehsalatda baş verən bədbəxt hadisə yerinə baxış aparılması haqqında” protokolun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:00da “X21 Baku” otelində video kameradan istifadə olunmaqla X5 xx.xx.2025-ci il tarixdə saat 04:51 radələrində xəsarət aldığı hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxışa cəlb edilmiş otelin insan resursları üzrə meneceri X1 və insan resursları üzrə koordinator Nəsrin xanım X5 həqiqətən həmin oteldə işlədiyini, lakin ofisiantların birbaşa otel rəhbərliyi tərəfindən deyil, xidmət müqaviləsi əsasında üçüncü şəxs tərəfindən əməyə cəlb edildiyini, həmin şəxsin məlumatlarının, xidmət müqaviləsinin DƏMX-nə təqdim ediləcəyini bildirdilər. İş materiallarında olan “X21 Baku” otelin əməliyyatlar üzrə direktoru X16 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə ünvanladığı 241/25 saylı məktubun surətindən görünür ki, sonuncunun 07 may 2025-ci il tarixli 3-17-9/2-42170/2025 nömrəli məktubunu 26 may 2025-ci il tarixində qəbul edilmiş və ona cavab olaraq bildirimişdir ki, müraciət nəzarə alınmışdır. Bildirilir ki, Əmək və Məşğulluq altsistemindən də göründüyü kimi "The Ritz-Carlton, Baku" oteli ("X8" MMC) ilə X12 arasında heç bir əmək münasibəti olmamışdır. Baş vermiş hadisə ilə əlaqadar qeyd olunur ki, 01 may 2025-ci il tarixində X14 "X11" MMC (VOEN: **********) ila "The Ritz-Carlton, Baku” oteli ("X8" MMC) arasında bağlanmış müqavilə əsasında "X11" MMC tarəfindən ofisiant kimi xidmətlərin göstərilməsi üçün otelə göndərilmişdir. O. qəflətən özünü pis hiss etmişdir və bu barədə "X11" MMC-nin nümayəndəsinə məlumat verilmişdir və təcili tibbi yardım çağırılmışdır. Tibbi personal xəstəyə yoxlanış etdikdən sonra vəziyyətinin stabil olduğunu bildirmişdir. X5 vəziyyətinin yaxşı olduğundan əmin olduqdan sonra, "X11" MMC-nin nümayəndəsinin müşayəti ilə evinə aparılmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalından çıxarışdan görünür ki, 7LSRD7B000200 saylı əmək müqaviləsi işə götürən X13 ilə işçi X12 arasında xx.xx.2025-ci il tarixindən müddətsiz olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmışdır. Əmək müqaviləsinin 1.2-ci bəndində iş yerinin adı “Tikinti, Bakı şəhəri, Sifarişçilərin layihələrində əsas betonçu” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli 14/25 saylı xidmətlərin göstərilməsi barədə müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, Nizamnaməsi əsasında fəaliyyət göstərən "Sifarişçi" "X8" MMC (VÖEN: **********) ilə nizamnaməsi əsasında fəaliyyət göstərən "İcraçı" "X11" MMC (VÖEN: **********) arasında xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə "Sifarişçi" müqavilə şərtlərinə uyğun olaraq xidmətləri qəbul etmək, müqavilə şərtlərinə əsasən lazımi səviyyədə göstərilmiş xidmətlərə görə müəyyən edilmiş məbləği “İcraçı"ya ödəmək, müqavilədən irəli gələn digər öhdəliklərin yerinə yetirilməsini təmin etmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilə şərtlərinə görə "İcraçı" xidmətləri lazımi keyfiyyətlə və hazırkı müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə göstərmək, təhvil verilmiş xidmətlərin keyfiyyətində aşkar olunmuş hər hansı çatışmazlıqları Sifarişçinin tələbi ilə əvəzi ödənilmədən qısa müddətdə aradan qaldırmaq, xidmətlərin göstərilməsi zamanı təhlükəsizlik tələblərinə və qaydalarına ciddi riayət etmək, "İcraçı" müştərinin işi üçün təyin edilmiş bütün işçilərə etibarlı əmək müqavilələrinin saxlanmasına cavabdehdir, "İcraçı" "Sifarişçinin"işinə həvalə edilmiş işçilərin qanuvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinədən keçməsini, habelə qanunvericiliklə müəyyən edilmiş icbari sığortalarla əhatə olunmasını təmin etməlidir, "İcraçı" "Sifarişçinin” razılığı olmadan müqavilədə nəzərdə tutulmuş öhdəlikləri heç bir üçüncü şəxsə verə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış hesab olunur və hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən "X11" MMC-ti tərəfindən əmək müqaviləsi elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixində saat 04:51-də "X11" MMC-nin “X21 Baku” otelində X5 əli kəsilərək xəsarət almış, araşdırma zamanı "X11" MMC-nin işçisi X12 ilə heç bir əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə bağlanılmadığı aşkar edilmişdir. Bununla bağlı yoxlama aktı tərtib edərək digər toplanmış materiallar ilə birlikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə təqdim edilmiş və idarə tərəfindən isə "X11" MMC-nin əməlində inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi)törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, "X11" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, tikinti obyektində monitorinqin aparılması zamanı "X11" MMC ilə işçilərdən X12 arasında heç bir əmək müqaviləsi və ya xidməti müqavilənin bağlanmadığı aşkar edilmişdir. Yəni, "X11" MMC bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş xx.xx.2025-ci il tarixdə həmin işçi ilə heç bir əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan onu işə cəlb etmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "X11" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "X11" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51,114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "X11" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar