Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3140/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-dən 24-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 05:15 radələrində Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsində “Yeni Market”in qarşısında ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli və MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(007)-3138/24 və 3(007)- 3140/2024 saylı inzibati materiallar bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş materiala 3(007)-3138/2024 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: 3(007)-3138/24 və 3(007)-3140/2024 saylı inzibati materiallar bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş materiala 3(007)-3138/2024 saylı nömrə verilsin. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3140/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3140/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver