Məhkəmə qərarları › İş №3(007)-3141/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3141/2021

14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3141/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X4, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2 (007) 1397/2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05.06.2014-cü il tarixli 2 (007) 2254/2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 12.05.2009-cu il təvəllüdlü X5 və 14.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməli və 14.06.2010-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar Şəxs əlavə xərc kimi hər ay 50 manat məbləğində pul tutularaq X3 verilməlidir. Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib olunmuş 08 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2 (007) 1397/2021-ci il tarixli icra vərəqəsi üzrə Şəxs aliment borcunü ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X7 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2 (007) 1397/2021-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs cəmi 300 manat sabit pul məbləğində aliment və əlavə xərc kimi hər ay 50 manat pul tutularaq X3 verilməlidir. İcra sənədi 04.06.2021-ci il tarixdə icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş göndərilməklə müvafiq icra tədbirləri görülmüşdür. Lakin, Şəxs icra sənədi üzrə borcunu ödəmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tələbkar X6 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2 (007) 1397/2021-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs cəmi 300 manat sabit pul məbləğində aliment və əlavə xərc kimi hər ay 50 manat pul tutularaq ona verilməlidir. Lakin, Şəxs ödənişləri ödəmədiyinə görə Bakı şəhəri, Nizami rayon İcra Şöbəsi tərəfindən 08 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla belə, 10 dekabr 2021-ci il tarixdə Şəxs icra vərəqəsi üzrə olan bütün borcunu tam şəkildə ona ödəmişdir. Hazırda icra sənədi üzrə Şəxs qarşı heç bir tələbi yoxdur və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2 (007) 1397/2021-ci il tarixli icra vərəqəsi üzrə hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimenti və oğlu X2 xəstəliyi ilə əlaqədar əlavə xərc kimi hər ay 50 manat məbləğində pulu X3 ödəməlidir. 10 dekabr 2021-ci il tarixdə icra vərəqəsi üzrə olan bütün borcunu tələbkar G.E.Rüstəmovaya tam olaraq ödəmişdir. Hazırda ödənişlə əlaqədar G.Rüstəmovanın ona qarşı heç bir tələbinin olmadığının nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə zamanı borclu Şəxs icra vərəqəsi üzrə tələbkar X3 borcunu tam şəkildə ödədiyi və ödənişlə əlaqədar tələbkarın heç bir tələbinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, hazırki mərhələdə borclu Şəxs icra sənədi üzrə borcunu tələbkara tam ödəməsi və tələbkarın tələbinin olmaması ilə bağlı hallar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 08 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar