Məhkəmə qərarları › İş №3(007)-3141/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3141/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3141/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 05:15 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində “Yeni Market”in qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru, polis kapitanı E.V.Həsənov tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, X8 Antonun mübahisə etdikləri zaman orada olmamışdır. O, gələndə görmüşdür ki, Vəliyev Elçin özünə bıçaqla xəsarət yetirmək istəyir. Bu zaman avtomobili saxlayıb onlara yaxınlaşmışdır. Polis əməkdaşı Namik ona dəfələrlə sən qarşıma, çıx get desə də uzaqlaşmamışdır. İnsanlığını göstərmək istəmişdir. Polis əməkdaşı X11 Elçini “vurmayan kişi deyil” deyərək qızışdırmışdır. O isə Ağcayev Orxana qan çıxmağın sənə nə xeyri var, qızışdırmayın, əsəbidir buraxın getsin demişdir. Polis əməkdaşları onun bu sözünə görə Vəliyev Elçini buraxıb onun üstünə düşmüşlər. Ona xəsarət yetirmişlər və səhərə kimi ağzından qan gəlmişdir. Ağcayev Orxan onları bölməyə aparanda avtomobilin içində çox ağır söyüşlərlə onları təhqir etmişdir. Elçinə bıçağı o, verməmişdir. Polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Qeyd olunanlara əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X14 Patrul bölüyü polis nəfəri, polis serjantı X7 bildirmişdir ki, əvvəllər Şəxs tanımamışdır. xx.xx.2024-cü il tarixdə saat 05:15 radələrində Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsində “Yeni Market”in yaxınlığında X9 Elçinin bir-birinə ucadan nalayiq ifadələr işlədərək, söyüşlər söyərək mübahisə etmələrini görmüşdür. Sonra onlar bir-biri ilə çəkişəçəkişə binanın arxasına keçmişlər. Onlara yaxınlaşaraq özünü təqdim etmiş və onlara yaşayış binasının qarşısı və insanların hərəkətdə olduğu yer olmasını, söyüş söyməmələrini, yeyib-içiblər evlərinə getmələrini bildirmişdir. Onlar sakitləşməyərək mübahisə etməyə davam etmişlər. Anton nisbətən sakitləşsə də, Elçin heç sakitləşməmişdir. Onlardan şəxsiyyət vəsiqələrini təqdim etməyi xahiş etmiş, Anton vəsiqəsinin olmadığını bildirmiş, Elçin isə şəxsiyyət vəsiqəsini çıxarmış, lakin təqdim etməmişdir. X12 getməyi təklif etmiş və zəng edərək polis avtomobilinin yaxınlaşmasını xahiş etmişdir. Bu zaman Azər onlara yaxınlaşmış və “sən bizi tanımırsan, biz srokda yatmışıq, səni doğrayaram, özümə xəsarət yetirərəm” kimi ifadələr işlətməyə başlamışdır. X10ra yumruq ataraq söyüş söymüşlər. Azər Elçinə bıçaq vermiş, Elçin də özünə xəsarət yetirmişdir. Sonra Elçin oradan qaçıb getmiş, X20 Şöbəsinə aparmışlar. Elçin özü valideyni ilə şöbəyə sonradan gəlmişdir. Şöbədə də Elçin nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Elçin çox aqressiv olsa da, Anton bir müddət sonra sakitləşmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X14 Patrul bölüyü polis nəfəri, polis serjantı X5 şahid X7 ilə oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən səhərə yaxın Əlahiddə X14 əməkdaşları sərxoş vəziyyətdə 3 vətəndaşı Şöbəyə təmin etmişlər. Müayinə olunduqları zaman hər birində orta dərəcəli sərxoşluq aşkar edilmişdir. Şəxs Şöbədə səs-küy salaraq qeyri-etik ifadələr işlətmişlər. Azər ona psixoloji təsir göstərməyə çalışaraq qarın nahiyəsini göstərərək demişdir ki, onun barəsində araşdırma gedərkən müstəntiqin otağında özünə bıçaq vurmuş və müstəntiq ondan çox qorxmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 06:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs polis əməkdaşının qanuni tələblərinə tabesizlik göstərməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarına və Şəxs izahatında göstərdiyi dəlillərə qiymət verərək hesab edir ki, onun göstərdiyi dəlillər özünümüdafiə xarakteri daşıyır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və Azərbaycan Respublikasının İXM-nin 31.2ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən onun inzibati qaydada tutulmasını və Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X4 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 3 (üç) saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar