Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3148/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X3 Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X5 yol patrul xidməti inspektoru polis serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X5 yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib olunmuş 24.09.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 sentyabr 2021-ci il tarixdə, saat 01:25-də, idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, Bakı şəhəri, M.Abbasov küçəsində hərəkətdə olarkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 343.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 24 sentyabr 2021-ci il tarixdə, saat 01:25-də idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, Bakı şəhəri, M.Abbasov küçəsində hərəkətdə olarkən, yol patrul xidməti tərəfindən saxlanılmış və tibbi müayinəyə dəvət olunmuşdur. Tibbi müayinədə olarkən, analiz üçün sidik verə bilməmiş və səhəri gün tibbi müayinəyə gedərək sidik analizi vermiş və müvafiq rəy alaraq təqdim etmişdir. Əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X5 yol patrul xidməti inspektoru polis serjantı X2 izahatında göstərmişdir ki, 24 sentyabr 2021-ci il tarixdə, saat 01:25-də, “CHEVROLET CRUZE” minik markalı, ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılmış və tibbi müayinəyə dəvət olunmuşdur. Şəxs tibbi müayinədə olarkən, analiz üçün sidik verməkdən imtina etmiş və səhəri gün tibbi müayinədən keçməsi haqqında müvafiq rəy alaraq təqdim etmişdir. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 343.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığına görə faktl bağlı başlanılmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 24 sentyabr 2021-ci il tarixli, 1/3335 saylı aktdan görünür ki, həmin gün saat 01:20-də tibbi müayinə təqdim edilmiş Şəxs analiz götürülməsi üçün sidik vermədiyinə görə onun bu hərəkəti tibbi müayinədən imtina kimi qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 24 sentyabr 2021-ci il tarixli, 1/3346 saylı aktdan görünür ki, saat 16:05-də keçirilmiş tibbi müayinə zamanı Şəxs sərxoş olmadığı, sidiyində narkotik və psixotrop maddənin aşkar olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə inzibati məsuliyyət müəyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla qanunvericilik sübutetmə yükünü inzibati orqanın üzərinə qoymuş olur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında yekun nəticəyə gəlməyin mümkün olmadığını qeyd edir və nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, qeyd olunan xüsusatlara və qanunvericiliyin tələbinə əsasən, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X5 yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib olunmuş 24.09.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələ baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X5 yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib olunmuş 24.09.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsilə başlanmış işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələ baxılması üçün aidiyyəti üzrə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-3148/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3148/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver