Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3149/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə, EP №0255596 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötəri ki, Şəxs MMC 1886016.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin məbləğin 13527.85 ABŞ dolları olan hissəsi hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X4 çıxış edərək bildirdi ki, Şəxs MMC "xxxx" MMC-yə aid olan müəssisəsidir və əsas fəaliyyəti soya və soya məhsulları emalı və satışından ibarətdir. Ölkədə aparılan məqsədyönlü iqtisadi siyasətin bir parçası olaraq Azərbaycan Respublikası Prezidentinin qarşıya qoyduğu vəzifələrin prioritet istiqamətlərindən biri də kənd təsərrüfatının inkişafının təmin edilməsi məsələsidir. Şəxs MMC olaraq bu sahəyə öz töhvələrini verməyə, ölkədə quşçuluq və heyvandarlıq sahəsində yemə olan tələbatının ödənilməsi istiqamətində müəyyən işlər görməyə çalışırlar. Bu məqsədlə xarici ölkələrdən, əsasən Argentina, Ukrayna və digər ölkələrdən soya paxlası və soya şrotunun alınması və emal olunaraq satılmasını təşkil edirlər. Bunun bariz nümunəsi olaraq 2023-cü il 05 may tarixdə 100% Argentiıa məhsulu satan Rusiyanın "xxxx" Şirkəti ilə MED ******* nömrəli müqavilə bağlanmış və avans köçürmə üzrə ******* USD köçürmə edilmiş, 1 872 488,15 USD dəyərində mal ölkəyə idxal olunmuş, 13527,85 USD məbləğində mal isə iki dəfə yükləməboşaltma əməliyyatına görə təbii itgiyə məruz qalmışdır. Tərəflər arasında, ehtiyac olmadığı halda, yenidən eyni məzmunlu, eyni mal üçün tarixli, MED ******* nömrəli Müqavilə bağlanmış, xx.xx.2023-cü il tarixndə kontragentə 2 853909,00 USD avans köçürmə edilmiş, 2860288,32 USD dəyərində mal ölkəyə idxal olunmuş və tərəflər arasında, hər iki müqavilə üzrə maliyyə uzlaşmasına aydınlıq gətirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Əlavə Razılaşma imzalanmış və avans köçürmə məbləğindən 6379.32 USD çox təşkil etmiş malın bir hissəsi əvvəlki müqavilə üzrə kəsir gəlmiş malla kompensasiya edilmişdir. Beləliklə, təbii itgini nəzərə almadan xaricdə qalan valyuta məbləği 7148,53 USD təşkil etmiş olur. Bütün bunlarla yanaşı, tərəflərindən düzgün sənədləşmə aparılmaması səbəbilə Bank tərəfindən barələrində xx.xx.2025-ci il tarixli, EP № ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazərda ümumilikdə 6379.32 USD məbləğində bağlanmayan X3mışdır. Həmin məbləğ isə 10000 USD az olduğundan inzibati xəta tərkibi yaratmır. Bütün bunları nəzərə alaraq, iş üzrə icraata icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsinə və müvafiq qərarın çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X6 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli Qərarının 4.3.1.3-cü bəndinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarında olan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, BŞ-XO-7.8.2025-004 nömrəli məktubundan görünür ki, ümumi məbləği 176472.3 USD olan **********5333 saylı YGB üzrə xx.xx.2023-cü il tarixində 108233.98 USD və xx.xx.2024-cü il tarixində 61859.00 USD bağlanmışdır. YGB üzrə açıq qalan məbləğ – 6379.32 USD təşkil edir. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, Şəxs MMC tərəfindən 13527.85 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaitin 7145.53 ABŞ dolları hissəsinə alınan malları artıq ölkəyə idxal olunduğundan, bəyan olunmamış 6379.32 ABŞ dolları məbləğində vəsait isə 10000 ABŞ dollarından az olduğundan və Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2016-cı il tarixli qərarına əsasən inzibati xəta tərkibi yaratmadığından, iş üzrə icraata xitam verilməsini əsaslı hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3149/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3149/2025
17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver