Məhkəmə qərarları › İş №3(007)-3151/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3151/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3151/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Qazax rayonu, Əli-Bayramlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şəxs “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri”. 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2, 1.4 və 2.15-ci bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər”. 12.0.004-90 DÜSTnin (Dövlət Standartının) 1.1, 1.2 və 4.4-cü bəndlərinin tələblərinə əsasən kəsim işlərinin aparılması üçün nəzərdə tutulmuş avadanlığın quraşdırılması, istismara buraxılması və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirməsini, işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılıb biliklərinin yoxlanılmasının keçirilməsini, mebel sexində kəsim işlərinin aparılması üçün nəzərdə tutulmuş avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin qoruyucu vasitələrlə təchiz olunmasını təmin etməli olduğu halda, bunları etməməsi nəticəsində 09 aprel 2024-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Davud Aslan küçəsində "xxxx" MMC-yə məxsus mebel sexində mebel ustası vəzifəsində işləyən Zərərçəkmiş şəxs “Ayza-Mızrak" markalı elektrikli mişar dəzgahında işləyərkən həmin mişarın hərəkətli hissələrinin qoruyucu vasitələrlə təchiz olunmaması və işçilərin onlara toxunması istisna olunacaq şəkildə yerləşdirilməməsi səbəbindən əli ilə fırlanma hərəkətində olan mişarın kəsdiyi mebel qırıntılarını təmizləmək istədikdə əlcəyin mişar dişinə ilişməsi ilə əlaqədar dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almışdır. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, "xxxx" MMC-nin direktorudur. Hadisə 09 aprel 2024-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsində "xxxx" MMC-yə məxsus mebel sexində baş vermişdir. O, təqsirini etiraf edir və əməlindən peşmandır. Baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alan Zərərçəkmiş şəxs bütün müalicə xərclərini ödəmiş və hazırda da lazım olan bütün maddi yardımları edir. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, hadisə 09 aprel 2024cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Davud Aslan küçəsində "xxxx" MMC-yə məxsus mebel sexində ehtiyatsızlıq səbəbindən baş vermişdir. "xxxx" MMC-nin direktoru Şəxs onun bütün müalicə xərclərini ödəmiş və aralarında barışıq əldə edilmişdir. Şəxs qarşı şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 320 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs əlin qan dövranının pozulması, ovuc səthi və dərin qövsünün zədələnməsi və median sinirin zədələnməsi ilə müşayiət olunan sağ əlin ovuc səthinin kəsilmiş yarası, sağ əlin İV,V barmaqların əsas falanqa səviyyəsində amputasiyası. İİ,İİİ barmaqların səthi və dərin bükücü vətərlərinin kəsilməsi, İ barmağın bükücü vətərlərinin kəsilməsi olmuşdur. Qeyd olunan xəsarətlər iti kənara malik olan əşyanın (ola bilsin elektrik mişarın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/3237 saylı rəyinin nəticə hissəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mebel sexində quraşdırılmış kəsim işinin aparılması üçün istifadə olunan avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərinin kip şəkildə qoruyucu vasitələrlə örtülməsinin təmin olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri”. 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2, 1.4, 2.15-ci bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər”. 12.0.004-90 DÜST-nin (Dövlət Standartının) 1.1, 1.2, 4.4-cü bəndlərinin tələbləri pozulmuşdur. ünvan 2 ünvanında yerləşən mebel sexində kəsim işlərinin aparılması üçün nəzərdə tutulmuş avadanlığın quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilmədən həmin avadanlığın istismarına yol verildiyinə və işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılıb biliyinin yoxlanılmasının keçirilməsi təmin etmədiyinə görə “İstehsalat avadanlıqları.Ümumi təhlükəsizlik tələbləri”. 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.4-cü bəndinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər”. 12.0.004-90 DÜST-nin (Dövlət Standartının) 1.1, 1.2, 4.4-cü bəndlərinin tələbləri mebel sexinin direktoru tərəfindən pozulmuşdur. ünvan 2 ünvanında yerləşən mebel sexində kəsim işlərinin aparılması üçün nəzərdə tutulmuş avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin qoruyucu vasitələrlə təchiz olunması (və ya işçilərin onlara toxunması istisna olunacaq şəkildə yerləşdirilməsini) təmin edilmədiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri”. 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2, 2.15-ci bəndlərinin tələbləri sexdə işlərin təhlükəsiz aparılmasına cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162 və 222-ci maddələrinin tərkibi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" MMC-nin direktoru Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xətanın tərkib əlamətləri olduğundan həmin fakt üzrə inzibati icraatın başlanması məsələsinə baxılması üçün toplanmış materialdan müvafiq sənədlər rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXMnin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar