Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3154/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə,tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 iştirakları ilə, xx.xx.1978-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(007)-1081/2021 saylı icra vərəqəsinə əsasən, Şəxs ilə X3 arasında 31 mart 1999-cu il tarixdə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanılımış və 9 nömrə ilə qeyd edilmiş nikahın pozulması,nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 15 fevral 2004-cü il təvəllüdlü X6, 07.11.2007-ci il təvəllüdlü X7 və 04 sentyabr 2016-cı il təvəllüdlü X8 anaları X1 yanında saxlanılması,Şəxs birgə nikahdan dünyaya gəlmiş 13 fevral 2004-cü il təvəllüdlü X6, 3 fevral 2004-cü il təvəllüdlü X7 və 04 sentyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, 21 dekabr 2020-ci il tarixdən başlayaraq, hər ay hər hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulması,iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilməsi,Şəxs 10 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə 1700 manat ödəniş etmiş, 4060 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları inkar edərək və məhkəmə qətnaməsini icra etməməkdə özünü təqsirli bilməyərək, bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(007)-1081/2021 saylı icra vərəqəsi icra etməməyi həqiqətə uyğun deyil, belə ki, aliment borcundan 1700 manat ödəniş etmiş, digər qalan 4060 manat borcu isə səhhəti ilə əlaqədar olaraq işləyə bilmədiyindən tam olaraq ödəyə bilməmişdir. Sonda Şəxs göstərilənləri nəzərə alaraq, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X3 bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(007)-1081/2021 saylı icra sənədi üzrə borclu tərəfindən ödənilməmiş 4060 manat məbləğində borc vardır. Şəxs müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə borcunu ödəməkdən yayınır və bu da, onun bir tələbkar kimi mənafeyinə ziddir. O, hazırda uşaqlara baxa bilmir. Buna görə də X3 borclu Şəxs barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(007)-1081/2021 saylı icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Hazırda aliment üzrə borc 4060 manat təşkil edir. Borclu Şəxs bu günədək yaranmış 4060 manat aliment üzrə borcunu ödəməsi tələb olunduqda, o, borcunu tam olaraq nə vaxt ödəyəcəyini bilmədiyini bildirmişdir. Şəxs əmlak vəziyyəti yoxlanılmış, adına hər hansı daşınmaz əmlak, bank hesabları və ya nəqliyyat vasitəsi aşkar edilməmişdir. Beləliklə, Şəxs aliment üzrə yaranmış borcunu ödəməsi tələb olunsa da, o, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tələbkarı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdığı vaxtdan, yəni 09 dekabr 2021-ci il, saat 15:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli 09 dekabr 2021-ci il, saat 15:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-3154/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3154/2021
09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver