Məhkəmə qərarları › İş №3(007)-3156/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3156/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3156/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayəti və daxil olmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 09 iyun 2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən “Beerlin Pub” restoranının fəaliyyəti zamanı ətraf mühütə yayılan kəskin səs-küy çirklənməsinin yol verilə bilən norma həddindən artıq olması nəticəsində X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Həmin qərardan X3 Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət vermişdir. Daxil olmuş şikayəti və sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Şikayətə əlavə olunmuş sənədlərdən görünür ki, inzibati xətanın törədildiyi yer “Beerlin Pub” restoranı Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşir. Bundan başqa, X3 tərəfindən verilmiş şikayət ərizəsindəki imzanın ksero olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni müzakirə edərək, belə nəticəyə gəlirəm ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilən sənədlərlə birlikdə X2 geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 09 iyun 2021ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar