Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3168/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məmmədov Məmməd Süleyman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin baş əmək müfəttişi X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə, saat 10:46-da X13 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin baş əmək müfəttişi X9 tərəfindən 30 may 2023-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən X3 “Yüksələn İnşaat" MMC-nin direktorudur. "xxxx" MMC ilə Şəxs MMC arasında xx.xx.2023cü il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 3005-ci məhəllədə layihələndirilən "xxxx" MMC-yə məxsus yaşayış kompleksində müvafiq işi görməyi Şəxs MMC öhdəsinə götürmüşdür. Daha sonra Şəxs MMC xx.xx.2023-cü il tarixdə fiziki şəxs X4 ilə xidmətlərin göstərilməsi barədə müqavilə bağlayaraq Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 3005-ci məhəllədə layihələndirilən "xxxx" MMC-yə məxsus yaşayış kompleksində fasad işini görməyi sifariş vermişdir. Bu müqavilənin 2.5-ci bəndinə əsasən icraçı görüləcək işlərin yerinə yetirilməsi üçün əlavə işçi cəlb edə bilər və bununla bağlı bütün hüquqi məsuliyyəti əmək müqaviləsinin bağlanması, texniki təhlükəsizliyin təmin edilməsi və qanunvericilikdə müəyyən edilmiş digər məsuliyyətləri icraçı daşıyır. İşin faktiki halı ondan ibarətdir ki, podrat hüquqi münasibətləri əsasında "xxxx" MMC-yə xidmət göstərməyi öhdəsinə götürmüş, subpodrat müqaviləsi bağlayaraq bu xidmətin fiziki şəxs X4 tərəfindən icra etmişdir. Bununla bağlı sonuncuya 2700 manat, 9500 manat, 4060 manat ödəniş edilmişdir. Ceyhun Hüseynov tərəfindən həmin işlər görülmüşdür. Məlumata əsasən bu xidmət həmin fiziki şəxs fəhlə vasitəsi ilə gördürmüşdür. Qərarından şikayət verilmiş orqandan fəhlə iş görən zaman soruşmuşdur. Həmin şəxsin sonradan adının X13 olduğu onlara məlum olmuşdur. Şəxs bildirmişdir ki, Şəxs MMC üçün bu iş görülür. xx.xx.2023-cü il tarixdə saat 10:46 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 3005-ci məhəllədə X7 guya tərəflərindən əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin görülməsinə cəlb edilməsinin aşkarlanması müəyyən edilmişdir. Həmin şəxs onların tərəfindən işə cəlb edilməmişdir. Yaranmış bu problem onlara bildirilən kimi bunun nəticəsində Şəxs MMC qarşısında götürülmüş öhdəlik yubanacağından işlərin axsamaması üçün həmin şəxsi rəsmi olaraq xx.xx.2023-cü il tarixdən etibarən rəsmi işə götürmüşlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti əvvəlcə xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol qəbul edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Şəxs MMC-nin barəsində protokol tərtib edilmişdir, yəni protokol iş üzrə tərtib olunan protokolla eyniyyət təşkil etmir. Onlara təqdim edilən protokol xx.xx.2023-cü il tarixli olsa da, məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixlidir. Protokolda bildirilir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin yerinə yetrrilməsinə cəlb edilməsinə görə inzibati xəta törədilməsi müəyyən edilmişdir. Protokolda barəsində tərtib edilən şəxsin izahatı qeyd edilməmişdir. Onun izahatı ümumiyyətlə alınmamışdır. Təqdim edilmiş sənədlər nəzərə alınmamışdır. Qanunsuz və həqiqəti əks etdirməyən protokol qəbul edilmişdir. Halbuki, tərəflərindən yuxarıda qeyd edilən halları təsdiq edən müqavilələr, qəbzlər, bildiriş qərarı qəbul edən orqana bildirilmiş, təqdim edilmiş, lakin qərəzli şəkildə qəbul edilməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, inzibati xəta haqqında qərarda xətanın törədilməsi faktını təsdiq edən heç bir sübut öz əksini tapmamışdır. Direktorla yanaşı hüquqi şəxsi də cərimələnməsi üçün Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Yuxarıda bütün göstərdiklərini nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş 16 yanvar 2023-cü il tarixli, YK 16/01/23 nömrəli Podrat müqaviləsindən görünür ki, “Sifarişçi” "xxxx" MMC-nin direktoru X8 ilə “Podratçı” Şəxs MMC-nin direktoru X5 arasında bağlanmış müqavilə ilə, “Podratçı” müqavilənin qüvvədə olduğu müddət ərzində “Sifarişçi”nin sifarişi əsasında Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3005-ci məhəllədə layihələndirilən "xxxx" MMC-yə məxsus yaşayış kompleksində müvafiq işləri görməyi öhdəsinə götürür. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, hazırkı müqavilə tərəflərin imzaladığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini tam yerinə yetirənə qədər etibarlıdır. Məhkəməyə təqdim edilmiş 17 yanvar 2023-cü il tarixli, 02 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, “Sifarişçi”- Şəxs MMC-nin direktoru X5 ilə “İcraçı”- fiziki şəxs olaraq fəaliyyət göstərən X4 arasında bağlanmış müqaviləyə əsasən, Sifarişçi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3005-ci məhəllədə layihələndirilən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində fasad işlərinin görülməsi xidmətinin göstərilməsini sifariş verib, “İcraçı” ilə razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada və müddətdə "xxxx" MTK-ya məxsus yaşayış kompleksində binalarda fasad işlərinin görülməsi xidmətinin göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan "xxxx" MTK-ya məxsus yaşayış kompleksində yerləşən binalarda fasad işlərinin görülməsi xidmətlərini 1 (bir) il müddətində həyata keçirilməlidir. Məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, Şəxs MMC tərəfindən "xxxx" QSC vasitəsilə X1 bank hesabına müvafiq olaraq xx.xx.2023-cü ildə 2700 manat, xx.xx.2023-cü ildə 9500 manat və xx.xx.2023-cü ildə 4060 manat məbləğində ödənişlər edilmişdir. Məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin baş əmək müfəttişi X9 tərəfindən tərtib edilmiş 29 may 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə, saat 10:46-da X10 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin baş əmək müfəttişi X9 tərəfindən tərtib edilmiş 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə, saat 10:46-da X10 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC ilə Şəxs MMC arasında xx.xx.2023-cü il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 3005-ci məhəllədə layihələndirilən "xxxx" MMC-yə məxsus yaşayış kompleksində müvafiq işi görməyi Şəxs MMC öhdəsinə götürmüşdür. Şəxs MMC xx.xx.2023-cü il tarixdə fiziki şəxs X4 ilə xidmətlərin göstərilməsi barədə müqavilə bağlayaraq Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 3005-ci məhəllədə layihələndirilən "xxxx" MMC-yə məxsus yaşayış kompleksində fasad işini görməyi sifariş vermişdir. Bu müqavilənin 2.5-ci bəndinə əsasən icraçı görüləcək işlərin yerinə yetirilməsi üçün əlavə işçi cəlb edə bilər və bununla bağlı bütün hüquqi məsuliyyəti əmək müqaviləsinin bağlanması, texniki təhlükəsizliyin təmin edilməsi və qanunvericilikdə müəyyən edilmiş digər məsuliyyətləri icraçı daşıyır. Podrat hüquqi münasibətləri əsasında "xxxx" MMC-yə xidmət göstərməyi öhdəsinə götürmüş, subpodrat müqaviləsi bağlayaraq bu xidmətin fiziki şəxs X4 tərəfindən icra etmişdir. Bununla bağlı sonuncuya 2700 manat, 9500 manat, 4060 manat ödəniş edilmişdir. Ceyhun Hüseynov tərəfindən həmin işlər görülmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin baş əmək müfəttişi X9 tərəfindən tərtib edilmiş 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə, saat 10:46-da X10 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan 17 yanvar 2023-cü il tarixli müqavilənin şərtləri nəzərə alınmaqla, inzibati xəta hadisəsinin aşkar edildiyi 04 may 2023-cü il tarixdə qeyd olunan ünvanda işlərin aparılması ilə əlaqədar, inzibati xəta pozuntusunun törədilməsi Şəxs MMC-nin inzibati xəta törətməsinə dəlalət edə bilməz, hansı ki, qeyd olunan müqavilə əsasən Şəxs MMC tərəfindən icraçının hesabına müvafiq olaraq ödənişlər edilmiş və fasad işlərinin görülməsi məhz icraçıya həvalə edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən icraçı görüləcək işlərin yerinə yetirilməsi üçün əlavə işçi cəlb edə bilər və bununla bağlı bütün hüquqi məsuliyyəti əmək müqaviləsinin bağlanması, texniki təhlükəsizliyin təmin edilməsi və qanunvericilikdə müəyyən edilmiş digər məsuliyyətləri icraçı daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinən Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi dəvət edilərək istinad edilən inzibati xəta haqqında izahatı alınmamışdır. Halbuki, inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməli idi. Nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizəsini təqdim etmək imkanlarından məhrum edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə hüquq və vəzifələrinin izah edilib edilməməsi haqqında hər hansı qeyd aparılmamışdır. Bununla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş orqanın məhkəməyə baxılması üçün göndərdiyi MN seriyalı, ******* saylı protokolun tərtib edildiyi tarix “30 may 2023-cü il” kimi göstərilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi eyni seriyalı, eyni saylı protokolun tərtib edildiyi tarix “29 may 2023-cü il” kimi göstərilmişdir. Bununla da, göründüyü kimi, protokol tərtib etmiş orqan tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsi barədə tələblər kobud surətdə pozulmuş, bunun əksini təsdiq edə biləcək hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, hüquq və vəzifələrinin izah edilməməsi, həmçinin tərtib edilmiş protokolun surətinin dərhal təqdim edilməməsi və ya göndərilməməsi barəsində inzibati xəta haqqında iş üzrəicraat aparılan şəxsin öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-3168/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3168/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver