Məhkəmə qərarları › İş №3(007)-3186/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3186/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3186/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi barəsində inzibati xəta haqıında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx xxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 7, mənzil 79-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 14 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 08 iyul 2024-cü il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında elektron qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında “Opel Astra minik” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ildə baş etibarnamə əsasında X1 bildirərək bu barədə yazılı ərizəsini təqdim etmişdir. İşdə olan sənədlərdən görünür ki, 08 iyul 2024-cü il tarixdə “Opel Astra minik” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Xətai rayonu, 8 Noyabr prospekti, Nargilə kafesi, mərkəzistiqamətində idarə edilərkən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 08 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22210779 nömrəli elektron qərarla Şəxs barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Şəxsnın məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə elektron qaydada müraciət edərək, ona məxsus “Opel Astra minik” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini baş etibarnamə əsasında satdığını, lakin əsassız olaraq adına cərimələr gəldiyini, bu problemin onu narahat etdiyini göstərmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Hansı ki, sözügedən nəqliyyat vasitəsinin Şəxs istifadəsində, idarəçiliyində olması, inzibati xətanın məhz onun özü tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, inzibati xəta törətməsi ehtimal olunan Şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan belə sübutetmə vəzifəsi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlar əsasında məhkəmə iclasında ətraflı araşdırma aparılaraq yekun nəticəyə gəlinməsi mümkün olmadığına görə, inzibati xəta haqqında material protokolu tərtib etmiş orqana geri qaytarılmalı, yuxarıda qeyd olunanlar araşdırıldıqdan sonra, buna müvafiq hüquqi əsaslar olduqda, material mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 14 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar