Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-32/2021 29.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X3, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi polis kapitanı X1 inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X1 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 11:35 radələrində Bakı şəhəri M.Abbasov küçəsi ilə idarə etdiyi 99AX504 dövlət qeydiyyat nişanlı Renault Dokker markalı avtomobil Bakı şəhər DYPİ-nin polis kapitanı X2 tərəfindən saxlanılaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərinin onun tərəfindən pozulması səbəbi ilə barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur və bunun əsasında mübahisələndirilən qərar qəbul olunmuşdur. Bildirir ki, qərarda göstərilənlər həqiqəti əks etdirmir. ’’Polis Haqqında” Azərbaycan Respublikası Qanununun polisin təyinatını və əsas vəzifələrini müəyyənləşdirən 3-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq polisin əsas vəzifəsidir. Lakin ona münasibətdə bu Qanunun tələblərinə riayət edilməmiş, ona qarşı qərəzli, qeyri-obyektiv və qanunlara zidd münasibət nümayiş etdirilmişdir. Belə ki, tərtib olunmuş protokolda onun konkret olaraq harada və necə inzibati xəta törətdiyi qeyd olunmur, yalnız İXM-nin 327.2 -ci maddəsi ilə inzibati xəta törətdiyi və bunun əsasında protokol tərtib olunmuşdur. Bildirmək istəyir ki, tərtib olunmuş protokola etdiyi etiraza qiymət verilərkən onun iştirakı təmin olunmamışdır və qəbul olunan qərar tam əsassızdır. Belə ki, iddia olunan qanun pozuntusuna tərəfindən yol verilməmişdir. Ən azından istinad olunan qayda pozuntusu olan ərazidə yerləşən kameralara baxış keçirilsə, tərəfindən qayda pozuntusunun yol verilmədiyi aşkar şəkildə görünər. Lakin görünür ona qarşı qərəzli mövqe nümayiş etdirən polis işçisi hər cəhdlə barəsində inzibati xətanın törədilməsi barədə qərarı qəbul etməyə çalışmışdır və həmin halı aradan qaldıran sübutların araşdırılmasında maraqlı olmamışdır və ona da imkan verilməmişdir ki, öz təqsirsizliyini sübut etsin. Buna görə də A.T.Dadaşov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X1 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yolun nişanlanmasının üfiqi, uzununa (1.1—1.11), köndələninə (1.12—1.15), digərləri (1.16.1—1.24), şaquli formaları vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 4cü hissəsinə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaq doldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə A.T.Dadaşovun qayda pozuntusu etmədiyini iddia etməsinə baxmayaraq bu barədə məhkəməyə hər hansı sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, A.T.Dadaşovun yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında xx xxxxxx 2020ci il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Bununla da işdə olan sübutlarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti rədd edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-32/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-32/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver