Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3217/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, Məmmədov Məmməd Süleyman oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, 09 iyul 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 12 aprel 2023-cü il tarixli, EQ seriyalı, 13938828 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 12 aprel 2023-cü il tarixli, EQ seriyalı, 13938828 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə olunmuşdur. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 12 aprel 2023-cü il tarixli, EQ seriyalı, 13938828 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, ona xx.xx.2023-cü il tarixdə EQ 13938828 nömrəli cərimə gəlmişdir. Bu cərimə TŞK vasitəsilə çəkilmişdir. Bu cərimənin kamera vasitəsilə çəkilməsini qanunsuz hesab edir. Çünki İXM-nin 124-cü maddəsinə əsasən dayanma-durmanın cəriməsinin prosedur qaydaları belədir ki, əməkdaş avtomobilə yaxınlaşmalı, planşet vasitəsilə foto və ya video çəkməlidir ki, avtomobil dayanmış vəziyyətdədir. Bundan sonra xüsusi protokol tərtib edilir və qərarın bir surəti də mərkəzi komputer sisteminə əlavə olunur, bir surəti də maşının alın şüşəsinə qoyulur. Məcəllədə isə bundan başqa qayda müəyyən olunmayıb. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayətin dəlillərini müdafiə edib, şikayətinin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi vasitəsilə iştirak etməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 12 aprel 2023-cü il tarixli, EQ seriyalı, 13938828 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 12 aprel 2023-cü il tarixdə Nizami rayonu, Q.Qarayev prospektində dayanma və durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. X1 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, X2 yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında 12 aprel 2023-cü il tarixli, EQ seriyalı, 13938828 saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. İşdə olan sübutlarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 12 aprel 2023-cü il tarixli, EQ seriyalı, 13938828 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 12 aprel 2023-cü il tarixli, EQ seriyalı, 13938828 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-3217/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3217/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver