Məhkəmə qərarları › İş №3(007)-3219/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3219/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3219/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X2 inzibati xəta haqqında protokoldan və inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X4 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 12 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərarından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayəti və ona əlavə olunan sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarı ilə aşağıdakı nəticəyə gəlmiş və qərar qəbul etmişdir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Şikayətin məzmunundan və ona əlavə edilən sənədlərdən görünür ki, inzibati xəta haqqında protokolun tərtib olunmasına və inzibati qərarın qəbul edilməsinə, fərdi sahibkarlıq fəaliyyətini həyata keçirən X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin müvafiq qərarını icra etməməsi səbəb olmuşdur. Hansı ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinin mənasına görə, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməmə hərəkətsizlikdə ifadə olunur və şəxsin VÖEN əsasında qeydə alındığı ünvanda həyata keçirilir. Bununla da, bu növ xəta məhz fərdi sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsin ünvanında törədilmiş hesab olunur. Hansı ki, “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə yoxlama ilə müəyyən edilir ki, ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış X1 rayonunun Ərçivan kəndində qeydiyyatdadır. Göründüyü kimi, şikayətin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə hər hansı aidiyyəti müəyyən olunmur. Bununla bağlı izah edilməlidir ki, qərardan şikayət vermək hüququ olan şəxs yuxarıda qeyd edilənlərə uyğun olaraq, şikayəti inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən özünün yaşadığı yer üzrə verə bilər, bu baxımdan şikayətin aidiyyəti üzrə göndərilməsi mümkün deyil, şikayət geri qaytarılmalı və müvafiq nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilməklə şikayət aidiyyəti məhkəməyə verilməlidir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X2 şikayəti geri qaytarılmalı, qanunvericiliyin tələblərinə əməl etməklə nöqsanları aradan qaldırıb ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət verə bilmək hüququ ona izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 12 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qanunvericiliyin tələblərinə əməl edib nöqsanları aradan qaldırmaqla ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət verə bilmək hüququ X3 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar