Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3219/2025 15.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əfəndiyev Azər İlham oğlunun katibliyi, protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili Vəkil iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 248 (VÖEN: **********) olan Şəxs Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasənda, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 248 olan Şəxs MMC tərəfindən X6 MMC-yə məxsus “Bantik” adlı mağazanın Elmlər filialında (Bakı şəhəri, Hüseyn Cavid prospekti) xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, protokol tərtib etmiş orqanın mövqeyinə görə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X12 protokolun məzmununa uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, tərəflərindən X2 iştirakının təmin olunması, izahatının alınması mümkün olmamış, o, heç DƏMX-də araşdırma aparılarkən də iştirak etməmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkənə iclasında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X3 protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirmişdir ki, yanvar ayının işçilərin iş günlərinin qrafik cədvəli onlara təqdim edilməmiş, yalnız fevral ayının cədvəli onlara təqdim edilmiş, bu səbəbdən hazırda təqdim olunmuş cədvəlin doğruluğu onlarda şübhə yaradır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi, vəkili Vəkil çıxış edərək bildirmişdir ki, hazırki inzibati xəta haqqında protokol MMC-nin DƏMX-nə cavab məktubunda texniki səhv səbəbilə işçinin işə başlama vaxtının xx.xx.2025-ci il əvəzinə, xx.xx.2025-ci il yazılması əsasında tərtib olunmuşdur. Nərmin Babayeva xx.xx.2025-ci il tarixdə işə götürülmüşdür, onunla həmin tarixdə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixdə onun həmin mağazada işləməsini təsdiq edən sübut nə protokol tərtib edən orqanda, nə də onlarda yoxdur. X9 mağazada işləyən digər işçinin başqa filiala rotasiya olunması səbəbindən işə götürülmüşdür ki, həmin işçi də xx.xx.2025-ci il tarixdə digər filialda işə başlamışdır. Nərmin Babayevanın onlardan şikayəti yalnız işdən çıxma vaxtı ilə bağlı olmuşdur, belə ki, o, ərizə yazdığı gün işdən azad olunmasını istəmiş, fikir ayrılığı bununla əlaqədar yaranmışdır. Tərtib olunmuş protokol əsassız və qərəzlidir, heç bir sübuta əsaslanmır. Həmçinin protokol tərtib edən orqan tərəfindən Nərmin Babayevanın xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək mağazada işləyib-işləməməsini yetərincə araşdırılmamış, onun izahatı alınmamış, bu barədə hər hansı sübut təqdim edilməmiş, formal və qərəzli şəkildə heç imzası belə olmayan anonim olan ərizə əsasında protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsaslanaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Şəxs MMC-yə məxsus Bantik mağazalarının Elmlər filialında baş satıcı işləmiş, Nərmin Babayeva da həmin filiala satıcı olaraq işə götürülmüşdür, bir müddət işləmiş, daha sonra işə gəlmədiyi üçün onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Hazırda başqa filialda işləyir. Suallara cavab olaraq bildirdi ki, onun baş satıcı kimi vəzifəsi digər satıcılara nəzarət edilməsi, işçilərin aylıq qrafiklərinin tərtib olunması və s. olmuş, Nərmin Babayevanın işə götürülməsi üçün müsahibədə o iştirak etməmiş, X9nı yanvar ayında mağazada işçi olaraq görməmişdir. Rəhbərliyin göstərişi əsasında o, tabeli tərtib edir. Nərmin Babayeva həmin filialda işləyən X1 filialına transfer olunması səbəbindən işə götürülmüş, Solmaz getmiş, Nərmin onun yerinə işə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, 2024-cü ildən 2025-ci ilin yanvar ayının sonuna kimi Şəxs MMC-yə məxsus Bantik mağazalarının Elmlər filialında satıcı kimi işləmiş, xx.xx.2025-ci ildən etibarən Nərimanov filialında işləməyə başlamışdır. Nərmin Babayeva adlı şəxsi tanımır, Elmlər filialında işləyərkən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək orada elə adda işçi görməmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Əmək müqaviləsindən görünür ki, işəgötürən Şəxs MMC ilə işçi X6 arasında qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Əmrin surətindən görünür ki, X6 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ”a” bəndi ilə - tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Şəxs MMC-yə məxsus Bantik mağazalarının Elmlər filialınının işçilərinin 2025-ci il yanvar-fevral ayları davamiyyət cədvəlindən görünür ki, X6 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işdə olmuş, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işə gəlməmiş, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X2 məhkəməyə ünvanladığı xx.xx.2025-ci tarixli ərizəsindən görünür ki, o, Şəxs MMC-də xx.xx.2025-ci il taixdə işə başladığını, lakin texniki səhv səbəbilə xx.xx.2025-ci il tarixində etdiyi şikayətdə MMC-də 01 ay 04 gün işlədiyini qeyd etdiyini bildirmişdir. Hazırda əmək müqaviləsi xitam olunduğundan, əmək haqqısı və mükafatı tam verildiyindən Şəxs MMC-dən heç bir şikayəti yoxdur, DƏMX-nə etdiyi şikayətindən imtina etmişdir. Qanunvericilik özü-özlüyündə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati qaydada tənbehin tətbiq edilməsini ehtiva edir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, işçi X6 ilə işəgötürən Şəxs MMC xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlanmış, X6 xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxs MMC-də satıcı kimi işləmiş, ərizəsinə əsasən xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Protokolun tərtib edilməsinə əsas olmuş X2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxs MMC-də işə cəlb olunub-olunmaması məsələsi protokol tərtib etmiş orqan tərəfindən yetərincə araşdırılmamış, Nərmin Babayevanın izahatı alınmamış və bununla bağlı hər hansısa sübut iş materiallarına əlavə edilməmişdir. Beləliklə, X6 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxs MMC tərəfindən hər hansısa işlərin yerinə yetirilməsinə cəlb olunmamışdır. Hazırki əməldə inzibati xətanın tərkibinin yaranması üçün hüquqi şəxsin hərəkətlərində zəruri əlamətlərdən sayılan qəsd və ya ehtiyatsızlıq olmalıdır, lakin məhkəmə tərəfindən bu əlamətlər müəyyən edilməmişdir. İşin yuxarıda qeyd edilən şəraiti onu deməyə əsas verir ki, bu cür vəziyyətdə əməldə qəsd və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. İşin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmamışdır. Məhkəmə vurğulayır ki, Şəxs MMC-nin təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməlidir. Bununla da təqdim edilmiş sübutlarla hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3219/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3219/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver