Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3220/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 81V olan (VÖEN **********) Şəxs MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 09 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokola və ona əlavə edilən sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 81V olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 09 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Protokol və əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixdə məktub göndərilməsinə və məktubda qeyd olunan sənədlərin 10 gün ərzində təqdim edilməsinin tələb edilməsinə, həmçinin məktubun xx.xx.2025-ci il tarixdə MMC-yə çatdırılmasına baxmayaraq, tələb edilən sənədlər protokol tərtib olunan günədək təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt müəssisə tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli sorğu məktubu, reyestr, çıxarışla təsdiq edilir. Məhkəmə iclasında protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə təqdim etdikləri etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, “LOTUS-SM" MMC-yə xx.xx.2025-ci il tarixdə (həftənin cümə günü) DƏMX Bakı şəhər İdarəsindən daxil olmuş 3-17-5/2-50891/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktuba əsasən X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 10 gün müddətində təqdim edilməsi xahiş olunmuşdur. Qeyd edilən məktuba cavab olaraq X2 şikayətinə dair yazılı münasibət və sənədlər xx.xx.2025-ci il tarixdə (həftənin cümə günü) poçt xidmətinə təqdim edilmişdir və poçt xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə DƏMX Bakı şəhər İdarəsinə çatdırılmışdır (poçt qəbzi: 71496, “Royal Express”). Şəxs MMC-yə xx.xx.2025-ci il tarixdə DƏMX Bakı şəhər İdarəsindən daxil olmuş 3-17-5/2-i-59609/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan məlum olmuşdur ki, Şəxs MMC tərəfindən X3 aid sənədlərin DƏMX Bakı şəhər İdarəsinə təqdim edilməməsi səbəbindən İnzibati xəta haqqında protokolun tərtib olunması xx.xx.2025-ci il tarixdə saat 10:00-da təyin edilmişdir. Hazırkı iş üzrə sənədlərin təqdim edilməməsi faktı yox, vaxtında təqdim edilmədiyi irəli sürülür. Lakin, qanunvericilikdə “vaxtında təqdim olunmamaq” anlayışı konkret müddətlə (məsələn, 3 gün, 10 gün və s.) normativ qaydada tənzimlənmir. X5 tərəfindən 10 günlük təqdimetmə müddəti müəyyən edilmişdir, lakin təyin edilmiş bu müddətin qanuni olub-olmaması mübahisəlidir. Belə ki, əgər belə müddət qanunla müəyyən edilməyibsə, bu zaman təqdim olunmama və ya gecikmə hallarının hüquqi nəticələri (cərimə və s.) ancaq aydın hüquqi normaya əsaslanaraq tətbiq oluna bilər. Hüquqi qeyri-müəyyənlik şəraitində sanksiya tətbiqi qanuniliyə və hüquqi müəyyənlik prinsipinə ziddir. İnzibati orqan tərəfindən sənədlərin təqdim edilməsi üçün təyin olunmuş 10 günlük müddətin qanuniliyini sübut yükü inzibati orqanın üzərinə düşür. Hüquq doktrinasına və inzibati icraat hüququnun əsas prinsiplərinə görə inzibati məsuliyyətə cəlb edən orqan hüquqi faktın - vaxtında təqdim olunmamanın və qanuni müddətin müəyyən edilməsinin - sübut yükünü daşıyır. Müfəttişliyin təyin etdiyi 10 günlük müddətin qanuni əsaslara söykənməsi və onun pozulmasının hüquqi məsuliyyət doğurması inzibati orqan tərəfindən sübut olunmalıdır. Lakin bu sübut təqdim edilməmişdir. Bundan başqa, Müfəttişlikdən daxil olan məktubda sənədlərin “10 gün ərzində təqdim edilməsi” xahiş edilmişdir, lakin protokolda “7 iş günü ərzində təqdim edilməsi” tələb edildiyi göstərilmişdir. Burdan da görünür ki, inzibati orqan özü də tam vaxt müəyyən etməyib. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Müfəttişlikdən 13 iyunda daxil olan məktuba tərəfimizdən cavab məktubu poçt xidmətinə 04 iyulda verilmişdir və 07 iyulda Müfəttişliyə çatdırılmışdır. Göstərilən tarix aralığında cəmi 12 gün iş günü olmuşdur, qalan günlər isə qeyri iş günləri, yəni bayram və həftə sonları olmuşdur. AR Konstitusiyasının 60-cı maddəsinə, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə və “Qanunçuluq” prinsipinə əsasən hər bir sanksiya yalnız açıq, dəqiq və birmənalı qanun normalarına əsasən tətbiq olunmalıdır. Qanunvericilikdə «vaxtında təqdim etməmək» dedikdə hansı konkret müddətin nəzərdə tutulduğu, bu müddətin hansı orqan tərəfindən və hansı aktla müəyyən ediləcəyi açıq şəkildə müəyyən olunmadığına görə, belə şərtlərlə protokol əsasında məsuliyyətə cəlb etmə qanunsuz və əsassız sayılmalıdır. Yuxarıda qeyd olunan hüquqi və faktiki əsaslara görə AR İXM-nin 539.3-cü maddəsinə əsasən hüquqi şəxs barəsidə tərtib edilmiş inzibati protokola xitam verilməsini, inzibati xəta tərkibinin formalaşmadığı və məsuliyyətin tətbiqinə hüquqi əsas olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati işin materiallarını yoxlayıb hesab edir ki, tərtib edilən protokol əsaslı olduğundan hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarili Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış sorğudan görünür ki, vətəndaş X2 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə DƏMX-nə ünvanlanan müraciətinə baxılması ilə əlaqədar Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq vətəndaş X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid müvafiq sənədlərin 10 gün ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə göndərilməsi tələb edilmişdir. Məktuba əlavə edilmiş poçt göndərişinin izlənməsi barədə çıxarışdan görünür ki, sözügedən sorğu xx.xx.2025-ci il tarixdə alıcı – Şəxs MMC tərəfindən qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2025*ci il tarixli məktubun surətindən görünür ki, sorğuda tələb olunan sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Məktuba əlavə edilmiş xəbərnamənin surətindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli məktuba cavab xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə çatdırılması üçün sürətli poçtun daşınma xidmətiə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İşə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən hüquqi şəxsə sənədlərin təqdim edilməsi üçün sorğu göndərilmişdir. Sorğu hüquqi şəxsin ünvanına xx.xx.2025-ci il tarixdə çatdırılmış, müvafiq sorğuya cavab isə xx.xx.2025-ci il tarixdə verilməli olduğu halda, gecikmə ilə xx.xx.2025-ci il tarixdə protokol tərtib edən orqana çatdırılması üçün poçt xidmətinə təhvil verilmişdir. Beləliklə, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi yaranmışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə görə, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən, onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3220/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3220/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver