Məhkəmə qərarları › İş №3(007)-3221/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3221/2021

28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3221/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, 11 saylı regonal Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regonal Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 vermiş olduğu şikayətə baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 16.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Oskar” şadlıq sarayının fəaliyyəti zamanı 07.11.2021-ci il tarixdə ətraf mühitə atılan (buraxılan) zərərli maddələrin miqdarının normadan artıq olmasına görə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2 500 (iki min beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O.A.Qəribov şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti ilə 16 noyabr 2021-ci il tarixdə 80 nömrəli müqavilə bağlamış və Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları “Oskar” şadlıq sarayının tüstü baca təmizləyicinin qurğusuna baxış keçirərək norma və standartlara uyğun olması barədə sənəd təqdim etmişlər. Məhkəmə iclasında X5 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti ilə bağlanmış 16 noyabr 2021-ci il tarixli 80 nömrəli akta əsasən monitorinq xidmətinin göstərilməsinə baxmayaraq, 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində 16.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında 30.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında 11 saylı regonal Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, 07.11.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Oskar” şadlıq sarayının fəaliyyəti zamanı ətraf mühitə atılan (buraxılan) zərərli maddələrin miqdarının normadan artıq olması müəyyən edildiyinə görə X2 barəsində 16.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında 30.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daha sonra X5 ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti arasında bağlanmış 16 noyabr 2021-ci il tarixli 80 nömrəli akta əsasən sifarişçiyə monitorinq xidməti göstərilmişdir. Məhkəmə, şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli tədqiq edərək hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, 16 noyabr 2021-ci il tarixli 80 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən sifarişçi X3 monitorinq xidməti göstərilmişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən X2 barəsində əsaslı olmadan 16.11.2021-ci il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında 30.11.2021-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əssən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar