Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3222/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, Məmmədov Məmməd Süleyman oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X5 yol patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 327.3, 329.1, 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş inzibati xəta haqqında İXP seriyalı, ******* nömrəli protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:38-də idarə etdiyi “Renault Megane minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, təhlükəsizlik kəmərini bağlamadan yol nişanlarının tələbini pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılmış və müəyyən olunmuşdur ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 329.1 və 333.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Bundan başqa, Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş inzibati xəta haqqında İXP seriyalı, ******* nömrəli protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 07:45-də idarə etdiyi “Renault Megane minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, yol nişanlarının tələbini pozmuş, polisin saxla işarəsinə tabe olmamış, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, avtoxuliqanlıq etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.3 və 511.1.3-cü maddələri ilə inzibati protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarına əsasən, 3(007)-3222/2023 və 3(007)-3223/2023 saylı inzibati işlər bir icraatda birləşdirilmiş və bir icraatda birləşdirilmiş işə 3(007)-3222/2023 saylı nömrə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, əməlindən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X5 yol patrul xidməti inspektoru X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:38-də idarə etdiyi “Renault Megane minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, təhlükəsizlik kəmərini bağlamadan yol nişanlarının tələbini pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılmış və müəyyən olunmuşdur ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bundan başqa, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 07:45-də idarə etdiyi “Renault Megane minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, yol nişanlarının tələbini pozmuş, polisin saxla işarəsinə tabe olmamış, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, avtoxuliqanlıq etmişdir. Buna görə də, o, həmin şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib etmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X5 yol patrul xidməti inspektoru X3 məhkəmə iclasında İ.H.Musayevlə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş “CD” diskə baxış zamanı inzibati xəta haqqında protokolda qeyd edilən halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3, 329.1, 333.1 və 511.1.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin: 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1 və 511.1.3-cü maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 327.1, 327.3 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrin səlahiyyətinə aid edilmədiyindən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını və onun təqsirinin dərəcəsini nəzərə alır. Əməlindən səmimi peşman olmasını məhkəmə iş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 07 iyun 2023-cü il saat 16:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-3222/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3222/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver