Məhkəmə qərarları › İş №3(007)-3223/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3223/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3223/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məmmədov Məmməd Süleyman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.3, 329.1, 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami RPİ tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 327.3, 329.1, 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş inzibati xəta haqqında İXP seriyalı, ******* nömrəli protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:38-də idarə etdiyi “Renault Megane minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, təhlükəsizlik kəmərini bağlamadan yol nişanlarının tələbini pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılmış və müəyyən olunmuşdur ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 329.1 və 333.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Bundan başqa, Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş inzibati xəta haqqında İXP seriyalı, ******* nömrəli protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 07:45-də idarə etdiyi “Renault Megane minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, yol nişanlarının tələbini pozmuş, polisin saxla işarəsinə tabe olmamış, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, avtoxuliqanlıq etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.3 və 511.1.3-cü maddələri ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(007)-3222/2023 və 3(007)-3223/2023 saylı inzibati işlər bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş işə 3(007)-3222/2023 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: 3(007)-3222/2023 və 3(007)-3223/2023 saylı inzibati işlər bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş işə 3(007)-3222/2023 saylı nömrə verilsin. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar