Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3227/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Vəliyeva Nazlı Eldar qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 13A ünvanı olan “X3” X12 (Vöen: **********) barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2114/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X3” X8 xx.xx.2023-cü il tarixli, K-006 əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X3” X9 Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X3” X12 tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərar ilə e-2(005)-2114/2023 saylı, xx.xx.2023-cü il tarixli iş üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, icra sənədi icra edilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, artıq 1 ilə yaxındır ki, işə bərpa haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı çıxıb, lakin icra olunmamışdır. Hazırda PHŞ-də baş mütəxəssis vəzifəsi var və 4 nəfər həmin vəzifədə çalışır. Həmçinin Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin izah olunması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş, izah verilərək bildirilmişdir ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X1 müddətsiz əmək müqaviləsi bağlanılmaqla həmin Mərkəzdə baş mütəxəssis və ya ona bərabər vəzifəyə təyin edilsin. Ona bərabər vəzifə dedikdə isə şöbə rəisinin müavini və şöbə rəisi başa düşülməlidir. Çünki o, orada işləyərkən şöbə rəisi məzuniyyətdə olarkən onu əvəz etmişdir. Lakin bütün bunlara baxmayaraq, məhkəmə qətnaməsi bu günədək icra olunmur, habelə icra olunması istiqamətində hər hansı addımlar da atılmır. Həmçinin bildirmişdir ki, o, mütəxəssis kimi işə bərpa olunmağa razı deyil, çünki baş mütəxəssis vəzifəsində çalışmış, çalışdığı müddət ərzində hər hansı bir nöqsana yol verməmiş, çətinliklə o vəzifəyə yüksəlmişdir. Hazırda həmin vəzifədən daha aşağı vəzifəyə könüllü olaraq bərpa olunmağa razı deyil. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X7 təqdim etdikləri yazılı izahatın məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2114/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs iddiası qismən təmin edilmiş, X3 X8 xx.xx.2023-cü il tarixli, K-006 əmri ləğv edilmiş, X3 X9 Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilmiş, X3 X12 tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsinin icra vərəqəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs X3 X8in (bundan sonra-Mərkəz) inzibati binasında Mərkəz rəhbərliyi tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində qəbul edilmiş, qəbul zamanı ona izah verilmişdir ki, qeyd olunan əmək müqaviləsinə xitam verildiyi vaxta qədər (xx.xx.2023-cü il) Zərərçəkmiş şəxs Mərkəzin 1 saylı Sumqayıt zona bölməsində baş mütəxəssis (570 (beş yüz yetmiş) manat maaş) vəzifəsində çalışmış, lakin İqtisadiyyat nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə Mərkəzdə struktur dəyişikliyi aparılmış, Mərkəzin nəzdində fəaliyyət göstərən zona bölmələri (o cümlədən 1 saylı Sumqayıt zona bölməsi) ləğv olunmuş, bu səbəbdən Zərərçəkmiş şəxs Mərkəzdə hazırda mövcud vakant yer olan Hərracların təşkili şöbəsində mütəxəssis vəzifəsi (1000 (bir min) manat maaş) təklif olunmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs rəsmi olaraq xx.xx.2024-cü il tarixində təklif məktubu göndərilmiş, lakin Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli məktubla təklifi rədd etmişdir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə izah verilməsi ilə əlaqədar Nizami rayon İcra şöbəsi ərizə ilə məhkəməyə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin 8(005)-96/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, “Zərərçəkmiş şəxs Mərkəzdə müddətsiz əmək müqaviləsi bağlanılmaqla həmin Mərkəzdə baş mütəxəssis və ya ona bərabər vəzifəyə təyin edilməsi” kimi izah verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 182/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Nərimanov rayon Məhkəməsinin 8(005)-96/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Nəzərə alınmalıdır ki, Zərərçəkmiş şəxs Mərkəzin 1 saylı Sumqayıt zona bölməsində baş mütəxəssis (570 (beş yüz yetmiş) manat maaş) vəzifəsində çalışmış, lakin İqtisadiyyat nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə Mərkəzdə struktur dəyişikliyi aparılmış, Mərkəzin nəzdində fəaliyyət göstərən zona bölmələri (o cümlədən 1 saylı Sumqayıt zona bölməsi) ləğv olunmuşdur. Bu səbəbdən Zərərçəkmiş şəxs Mərkəzdə hazırda mövcud vakant yer olan Hərracların təşkili şöbəsində mütəxəssis vəzifəsi (1000 (bir min)manat maaş) təklif olunmuşdur. İlk növbədə, nəzərə alınmalıdır ki, yeni yaranmış vəziyyətə görə cavabdeh iddiaçını məhz əvvəlki vəzifəsinə bərpa edə bilmədiyindən, cavabdehin onu əvvəlki işinə ən yaxın olan oxşar işlə təmin etmək öhdəliyi qalır. Bu öhdəlik qanuni qüvvədə olan məhkəmə qərarının icra edilməsi vəzifəsindən doğur. Lakin cavabdehin sözügedən öhdəliyi oxşar vəzifənin təklif edilməsi ilə məhdudlaşır. Odur ki, məhkəmənin qiymətləndirməli olduğu əsas məsələlərdən biri cavabdeh tərəfindən təklif edilmiş vəzifənin iddiaçının əvvəlki işi ilə oxşarlığının müəyyən edilməsidir. Bu zaman, əvvəlki vəzifənin əmək funksiyaları ilə təklif olunan yeni vəzifənin əmək funksiyaları, eləcə də vəzifə üzrə ödənilən əmək haqları müqayisə olunmalıdır. Əgər məhkəmə, apardığı dəyərləndirmənin nəticəsi olaraq qeyd edilən şərtlərə riayət olunmaqla oxşar vəzifənin təklif olunduğu qənaətinə gələrsə, iddiaçının həmin vəzifə ilə razılaşmamasına baxmayaraq cavabdeh məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmiş hesab oluna bilər. Nəzərə alınmalı idi ki, təklif olunan vəzifə üzrə əmək haqqı əvvəlki vəzifə maaşından iki dəfə çoxdur. Cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin xarakterindən, eləcə də məhkəmə qərarının icrası mərhələsində yaranmış yeni faktiki və hüquqi hallardan asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Belə ki, əgər qərarın icrası mərhələsində yaranmış yeni faktiki və hüquqi hallar icranın həyata keçirilməsi vəziyyətinə obyektiv olaraq təsir edirsə, sözügedən hallar cavabdehin icraya dair öhdəliklərinin həcminə və həyata keçirilməsi qaydasına təsir edə bilər. Bu zaman, həmçinin tərəflərin davranışlarına və icranın baş tutmasına yönəlmiş niyyətlərinə də qiymət verilməlidir. Hazırki halda struktur dəyişiklikləri ilə əlaqədar Mərkəzin nəzdində fəaliyyət göstərən zona bölmələri (o cümlədən 1 saylı Sumqayıt zona bölməsi) ləğv olunmuşdur. Belə olan halda isə iddiaçıya mövcud olmayan vəzifə təklif oluna bilməzdi, buna görə də iddiaçıya Mərkəzdə daha artıq - 430 manat artıq əmək haqqı ilə Mərkəzin özündə oxşar - mütəxəssis vəzifəsi təklif olunmuşdur, yəni əmək funksiyaları oxşar olan vəzifə təklif olunmuşdur. Cavabdeh iddiaçıya rəsmi təkliflər etmişdir. Lakin iddiaçı razılaşmamışdır. Qeyd olunanların nəzərə alınaraq, inzibati xəta haqqında materiala xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirmişdir ki, hazırda PHŞ-də vakant baş mütəxəssis vəzifəsi yoxdur, o cümlədən, publik hüquqi şəxs özü özünü maliyyələşdirdiyindən hazırda iqtisadi cəhətdən yeni ştat vahidinin açılması da mümkün deyildir. Bu səbəblərdən dolayı iddiaçıya mütəxəssis vəzifəsinə işə bərpa olunmaq təklif olunsa da, o, bununla razılaşmır. Bu günkü gündə də iddiaçı razı olarsa, həmin vəzifəyə bərpa olunması mümkündür. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş protokol tərtib etmiş vəzifəli şəxs məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, “X3” X12 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2114/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X3” X8 xx.xx.2023-cü il tarixli, K-006 əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X3” X9 Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X3” X12 tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin icra sənədi üzrə icraata başlanılmış, könüllü icra müddəti müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X8 iddiaçı Zərərçəkmiş şəxs ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-03/2- 312/2024 nömrəli məktubdan görünür ki, iddiaçı Zərərçəkmiş şəxs İqtisadiyyat nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə Mərkəzdə struktur dəyişikliyi aparıldığı, Mərkəzin nəzdində fəaliyyət göstərən zona bölmələrinin (o cümlədən 1 saylı Sumqayıt zona bölməsinin) ləğv olunduğu bildirilmiş, bu səbəbdən ona Mərkəzdə mövcud vakant yer olan Hərracların təşkili şöbəsində mütəxəssis vəzifəsi təklif olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X8 Nizami rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3- 03/2-361/2024 nömrəli məktubdan görünür ki, borclu tərəfindən Zərərçəkmiş şəxs Mərkəzdə hazırda mövcud vakant yer olan Hərracların təşkili şöbəsində mütəxəssis vəzifəsinin təklif olunduğu, rəsmi olaraq xx.xx.2024-cü il tarixində təklif məktubu göndərildiyi, lakin Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli məktubla təklifi rədd etdiyi bildirilmişdir. Beləliklə, iş üzrə borclunun icra sənədini üzrlü səbəblər olmadan icra etməməsi müəyyən edilmir. Əksinə borclu tərəfindən icra sənədinin icrası ilə əlaqədar mümkün olan icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu X10 hazırda vakant baş mütəxəssis vəzifəsi yoxdur. Bu səbəbdən, tələbkara “X3” X10 vakant baş mütəxəssis vəzifəsi olmadığından həmin vəzifə ilə oxşar funksiyaları əhatə edən və daha yüksək maaşlı mütəxəssis vəzifəsi təklif edilmiş, lakin tələbkar bununla razlaşmayaraq təklifi rədd etmişdir. Beləliklə borclunun icra sənədinin icrasından qəsdən yayınması iş üzrə müəyyən edilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş üzrə borclu tərəfindən icra sənədinin icrası ilə bağlı tələbkara rəsmi təklif verildiyindən, lakin tələbkar tərəfindən həmin təklif qəbul edilmədiyindən icra sənədinin icra edilməməsi müəyyən edilir ki, bununla da borclunun icra sənədinin icra olunmamasında təqsirli olması müəyyən edilmir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X3” X8 əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X3” X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3227/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3227/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver