Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3229/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, guya 1150000.00 rubl məbləğində vəsaitin 10 fevral 2023-cü il tarixində xaricə köçürülmüş, buna baxmayaraq, 2 il müddətində həmin vəsait hesabına alınması nəzərdə tutulan malların ölkəyə idxal edilmədiyindən inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Bununla bağlı olaraq düz 2 il sonra Mərkəzi Bank tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati qaydada tənbeh tətbiq etmə haqqında 30 aprel 2025-ci il tarixli, EP0255070 saylı qərar qəbul edilmiş, həmin qərara əsasən 2300 manat civarında cərimə edildiyi müəyyən edilmiş, qərar nəticə etibarı ilə ona təqdim edilmədən birbaşa olaraq icra sənədi kimi Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə yönəldilmişdir. Qərarla qeyd etdiyi kimi icra şöbəsinin məlumatlandırılması əsasında 11 iyul 2025-ci il tarixdə tanış olmuşdur. Qərar qanunsuz və əsassız olduğundan barəsində başladılmış inzibati xətaya dair icraata xitam verilməli, habelə sözügedən qərar məhkəmə qaydasında ləğv olunmalıdır. Belə ki, qeyd olunan vəsaitlə bağlı əldə edilməsi nəzərdə tutulmuş mallar ölkəyə idxal edilmişdir. Bunu 28 fevral 2023-cü il tarixli müvafiq gömrük bəyannaməsi təsdiq edir. Odur ki, inzibati icraatla bağlı barəsində qəbul edilmiş qərar və həmin qərarın təsviri-əsaslandırma hissəsində göstərilən hallar işin nəticəsinə uyğun gəlmir deməyə əsas var. Qeyd olunanları nəzərə alaraq barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, 1150000.00 Rusiya rublu məbləğində vəsait hesabına mal daxil edilsə də gömrük bəyannaməsi vaxtında təqdim edilməmişdir. Hesab edir ki, Mərkəzi Bank tərəfindən qərar haqlı olaraq qəbul edilmişdir. Şikayətin təmin edilməsi məsələsini məhkəmə mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 1150000.00 Rusiya rublu məbləğində vəsaiti 10 fevral 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 1150000.00 Rusiya rublu məbləğinə vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. X1 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 115000,00 Rusiya rublu məbləğində cərimə edilmişdir. - xx.xx.2023-cü il tarixli **********6952 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, X4 tərəfindən 1150000,00 Rusiya rublu məbləğində vəsait hesabına mal idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3229/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3229/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver