Məhkəmə qərarları › İş №3(007)-3234/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3234/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3234/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, Məmmədov Məmməd Süleyman oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, 30 aprel 1981-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyun 2023-cü il tarixli, EQ seriyalı, 14917625 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyun 2023-cü il tarixli, EQ seriyalı, 14917625 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 manat məbləğində inzibati cərimə olunmuşdur. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyun 2023-cü il tarixli, EQ seriyalı, 14917625 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə idarə etdiyi “Kia Sportage” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə hərəkətdə olarkən, ASAN pay vasitəsilə bilmişdir ki, Bakı-Şamaxı-Yevlax yolunun 90.6-cı kilometrliyində (EQ ********) cərimə olunmuşdur. Ona göndərilmiş videodan açıq görünür ki, radardan 50-200 metr qabaqda orada nə 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı, nə də 6.14 “İnformasiya stendi” servis nişanı quraşdırılmayıb. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən məsafə (50-200 metr) yoxlamadan keçmiş (yoxlama şəhadətnaməsi olan) ölçmə vasitəsindən istifadə olunmaqla ölçülməlidir. Lakin, göründüyü kimi bu qanunun tələbi kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayətin dəlillərini müdafiə edib, şikayətinin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi vasitəsilə iştirak etməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 06 iyun 2023-cü il tarixli, EQ seriyalı, 14917625 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 06 iyun 2023-cü il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 90.6-cı kilometrliyində, Yevlax rayonu istiqamətində idarə etdiyi “Kia Sportage” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. X1 hazırkı şikayətində qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, buna dair sübutlarını məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı isə sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, X2 yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında 06 iyun 2023-cü il tarixli, EQ seriyalı, 14917625 saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. İşdə olan sübutlarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyun 2023-cü il tarixli, EQ seriyalı, 14917625 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyun 2023-cü il tarixli, EQ seriyalı, 14917625 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar