Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3234/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, X1, xx.xx.2000-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 79339X9, subay, Beyləqan R.Axundov küç. küçəsı ev 75 mənzilində qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 17 iyul 2025-ci il tarixdə X1 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayəti poçt vasitəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. X3 isə şikayət ərizəsinə Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Məhkəmə mübahisələndirilən inzibati tənbeh tətbiq etmə haqqında qərarın surətinin şikayət ərizəsinə əlavə edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 şikayəti geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Buna görə də məhkəmə hesab edir ki, X2 inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan inzibati xətanın törədildiyi yer üzrə və yaxud yaşadığı yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. X2 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan inzibati xətanın törədildiyi yer üzrə və yaxud yaşadığı yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilsin. Qərardan şikayət verilə bilməz. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3234/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3234/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver